Keşiş qəbrin xristianlar üçün mənəvi əhəmiyyətini izah edib...

...Protokoş Dmitri Roşçin mərhumun ruhu ilə dəfn yeri arasındakı əlaqədən danışıb, xristianların dəfn mərasiminin əhəmiyyətini vurğulayıb. Keşişin sözlərinə görə, pravoslav dindarlar üçün qəbir təkcə istirahət yeri deyil, həm də son gündə ruhların bədənlərlə birləşəcəyi gələcək dirilmə yeridir.

Məhz buna görə də dəfn yerinə hörmət edilməlidir və ona olan bu münasibət kilsə tərəfindən dəstəklənir.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Roşçin xatırladıb ki, pravoslav xristianlar üçün qəbiristanlıqları ziyarət etmək sadəcə bir ənənə deyil, mərhum üçün xüsusi dua vaxtıdır.

Bu, kilsənin ölümdən sonra yox olmadığına inandığı sevgi və mənəvi əlaqənin ifadəsidir. Eyni zamanda keşiş qəbirləri batil ibadət obyektinə çevirməkdən çəkindirib.

O qeyd edib ki, müasir cəmiyyətdə belə təcrübələr az deyil. Bununla əlaqədar, Roşçin bir millətin özünüdərk səviyyəsini iki yerin - qəbiristanlıqların və ictimai tualetlərin vəziyyəti ilə müəyyən edilə biləcəyi bir ifadəyə istinad edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə