Ağstafalı şəhidlərin ailə üzvləri ilə görüş keçirilib - FOTOLAR

Ağstafalı şəhidlərimizin ailə üzvləri ilə növbəti görüş keçirilib. SİA xəbər verir ki, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati binasında təşkil olunan görüşdə RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, əlli nəfərdən çox şəhid ailəsinin üzvü iştirak edib.

RİH başçısı Seymur Orucov, rayon prokuroru Anar Cəfərov, rayon Polis Şöbəsinin rəisi Vüqar Xəlilov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə göstərilən yüksək diqqət və qayğıdan söz açıblar.

Qeyd olunub ki, dövlət başçısı həssas təbəqədən olan vətəndaşlarımızın problemlərinin həllini bütün dövlət qurumları qarşısında bir nömrəli vəzifə kimi müəyyən edib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən müxtəlif layihələr çərçivəsində şəhid ailələri, qazilər və əhalinin digər həssas qruplarına aid insanların rifah halının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər icra olunur.

Görüşdə çıxış edən şəhidlərimizin valideynləri, Azər Abbasov, Aydın Mehdizadə, Zeynəb Sadıqova, Afət Namazova, Nazim Yusifov, Nizami Yolçuyev, Bayram Ələkbərov, Yasəmən Qurbanova, Xatirə Əlizadə, İlqar Quliyev, Aybəniz Əhmədova və şəhid qızı Nəcmiyyə Sədizadə, şəhid adının əbədiləşdirilməsi məqsədi ilə görülən tədbirlərdən, müharibə əlilləri və şəhid ailələrinin mənzil və məişət şəraitinin yaxşılaşdırılması üçün fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi, eləcə də bu kateqoriyadan olan insanların avtomobillərlə təmin olunmasından söz açıb, icra olunan ardıcılı tədbirlərə, onlara göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə