Mərkəzi Elmi Kitabxana kitabsevərləri “Açıq qapı” günlərinə dəvət edir

3-4 iyun 2024-cü il tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) “Açıq qapı” günləri keçiriləcək. SİA xəbər verir ki, kitabsevərlər qeyd edilən tarixlərdə Azərbaycanın zəngin mədəni irsinin mühafizə olunduğu MEK-də oxucular üçün yaradılmış şəraitlə, göstərilən xidmətlərlə, zəngin kitab fondu, elektron kataloq, kitabxana sistemləri ilə və s. yaxından tanışlıq imkanı əldə edəcəklər.

Tədbir çərçivəsində kitabsevərlər MEK-in Sərgi salonunda Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən nəşrlərdən ibarət guşələr və hal-hazırda davam edən müxtəlif mövzulu guşələrə baxacaq, “Naxçıvan MR-100”, “Yaşıl dünya naminə həmrəylik ili”, “Məhəmməd Füzuli-530”, “Əziz Sancar” adlı sərgilərlə tanış olacaqlar.

“Açıq qapı” günləri 3-4 iyun saat 10:00-dan 18:00-dək davam edəcək. Giriş sərbəstdir.

Qeyd edək ki, MEK-ə yaxınlaşan ziyarətçilərin şəxsiyyətlərini təsdiq edən hansısa bir sənədin üzərlərində olması mütləqdir.

Bütün xəbərlər Facebook səhifəmizdə