“Din sözünün lüğəvi mənasının vicdan borcu olduğunu unutmamalıyıq” - QURUM RƏSMİSİ DANIŞDI

“Din məsuliyyət, vicdan, görülən işə cavabdehlik deməkdir. İnsanın əqidəsi qarşısında cavab verməsi dindir”. Bunu SİA-ya Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.

Onun sözlərinə görə, din müvafiq güc strukturları kimi harasa nəzarəti həyata keçirmir: “Buna görə də dindən qorxmaq lazım deyil. Din insanın vicdan borcu olmalı və insan iş görərkən hər zaman qəlbində dini daşımalıdır. Gün sonunda hər bir insan özünə hesabat verməlidir ki, gün ərzindəki fəaliyyətini düzgün qura bilib ya yox.

Din bütün sahələrdə var. Amma müasir dövrdə bir çoxları yalnız məsciddə namaz qılanları, oruc tutanları dindar, dinə bağlı hesab edirlər. Əslində isə belə deyil, din Allah tərəfindən hər kəsə bəxş edilib. Din sözünün lüğəvi mənasının vicdan borcu olduğunu unutmamalıyıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə