“Uşaqlarda cinsi tərbiyə 0 yaşdan başlanılmalıdır. Burada cinsi tərbiyə dedikdə uşağın bədəninin məhrəmliyinin izah edilməsi nəzərdə tutulur. Uşaqlara bədənlərinin toxunulmaz olduğu öyrədilməlidir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nizamova deyib.
Psixoloq bildirib ki, valideynlər xaricində heç kimin uşağın bədəninə toxunma ixtiyarı yoxdur: “Burada əsasən cinsi orqanlar nəzərdə tutulur ki, valideynlər xaricində heç kim uşaqları yuyundurmamalı, məhrəm yerlərinə toxunmamalıdır: “Uşaq anlamalıdır ki, həkim və bu qəbildən olan bir neçə peşə sahibləri xaricində heç kim onların paltarlarını soyundurub, şəkillərini çəkə bilməz.
Bəzi valideynlər uşaqlara cinsi orqanlar barədə məlumat verməyə çəkinir. Lakin bunun düzgün şəkildə izah edilməsi mütləqdir. Burada məsələni həddindən artıq qabartmaq və ya uşaqları hər hansı miflərlə qorxutmağa da ehtiyac yoxdur. Hər hansı mövzu gizli saxlanıldıqda uşaqlarda maraq oyadır, qabardıldıqda isə mənasını itirir”.
Bütün xəbərlər Facebook səhifəmizdə