Koronavirusa yoluxan Elçin: "Özünüzü qoruyun, qaydalara əməl edin”

Müğənni Elçin Hüseynov və ailəsi də koronavirusa yoluxub. SİA-nın məlumatına görə, bu haqda ifaçının özü xəbər verib: “Böyük bir sınaq keçirəm. İnsan bir daha Allaha yaxınlaşır. Hər zaman olduğu kimi, yenə də Tanrıya dualar edirəm.

İnsanlar özlərini qorusun. Bu virusa hələ də inanmayanlar varsa, inansınlar. Çünki çox təhlükəli xəstəlikdir. Özünüzü qoruyun, qaydalara əməl edin”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...