“Eurovision” iştirakçılarının onlayn konsertləri olacaq

"Eurovision 2020" mahnı müsabiqəsi koronavirus pandemiyasına görə təxirə salındıqdan sonra şounun təşkilatçıları onlayn şəkildə konsertlər təşkil etməyə qərar veriblər. SİA-nın məlumatına görə, bu barədə müsabiqənin "Tvitter" səhifəsində məlumat verilib.

Müxtəlif ölkələrin nümayəndələri hər cümə günü yarışmanın Youtube kanalında konsertlər verəcəklər.

Müsabiqənin pərəstişkarları çıxış edən ifaçılara sesvermə imkanına da sahib olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə