Faiq Ağayev davanı belə sakitləşdirdi VİDEO

Xalq artisti Faiq Ağayev Murad Arifin layihəsində qonaq olub. SİA-nın məlumatına görə, veriliş zamanı maraqlı hadisə yaşanıb. Belə ki, sənətçi söhbət edərkən “Tarqovı” ərazisində davanın şahidi olub. O, dərhal avtomobildən enərək tərəfləri ayırmağa çalışıb. Sənətçi ilə bərabər köməkçiləri də davaya müdaxilə edib. Əlbəyaxa olan şəxslər sakitləşdirilib.

O, avtomobilə əyləşdikdən sonra bu sözləri deyib: “Belə şeylərə dözmürəm. İki uşaqdır, niyə bir siqaretə, xətalı sözə görə həbs olunsun? Belə hadisələrin olmasını istəmirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə