Miri Yusifdən Cem Yılmaza: "Super sənətkar" FOTO

Xəbər verdiyimiz kimi, türkiyəli aktyor Cem Yılmazın Bakı Konqres Zalında stend ap şou çıxış edib. SİA-nın məlumatına görə, komediya ustası şousu zamanı Xalq artisti Miri Yusifin "Səndən birdənədir" mahnısını oxuyub.

Miri Yusif ondan bəhs edən Cem Yılmazla birgə şəkil çəkdirib. O, həmin fotonu "İnstagram" səhifəsində paylaşaraq, bu sözləri yazıb: "Düzdür, bu gün tanış olduq. Amma zarafatımız dünəndən var (gülür). Super konsert, super sənətkar".

Qeyd edək ki, şəkildə Xalq artistinin xanımı da yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə