Bəstəkar və müğənni Rəvan Habiloğlu yenidən səhnəyə qayıdır

Yaddaşlarda lirik mahnıların bəstəkarı və ifaçısı kimi qalan Rəvan Habiloğu yenidən musiqisevərlərlə görüşə hazırlaşır. Bu barədə SİA-ya Rəvan Habiloğlunun mətbuat xidməti məlumat verib. Uzun müddət səhnə fəaliyyətinə ara verən bəstəkar-mügənni açıqlamasında sənətdən gedişinin səbəblərini şou aləmdə baş verən xaos, bəzi televiziya şirkətlərinin yaxsı və pis sənətçilərə fərq qoymaması və sənətin maddiyyata bağlanması ilə əlaqələndirib.

Məlumatda qeyd edilib ki, müğənni bundan sonrakı sənət fəaliyyətində şou xarakterli verilişlərdə iştirak etməyəcək. Bəstəkar bundan sonra yalnız ciddi verilişlərdə görünəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə