Abbas Bağırovu efirə buraxmadılar FOTO

Əməkdar artist Abbas Bağırovla "Space" telekanalı arasında qalmaqal yaşanıb. SİA-nın məlumatına görə, müğənni dəvət olunduğu "Hər səhər" verilişinə gecikib. Bu səbəbdən ifaçının telekanala buraxılmasına icazə verilməyib.

A.Bağırov məsələ ilə bağlı sosial şəbəkədə fikirlərini bildirib:"Saat 09:30-da canlı yayımda olmalı idim. Düz 5 dəqiqə gecikdim. "Space" telekanalının qeyri-peşəkar işçisi "Siz gecikmisiniz, mənə tapşırılıb ki, sizi buraxmayım" dedi. Bunu mənə Space TV-nin girişində qapıda dayanan insan dedi. Lap yaxşı. Bundan sonra mən Space TV-yə çıxmayacam. Onu da deyim ki, mən bu günə kimi heç bir televiziya verilişinə gecikməmişəm. Canlı yayım olmasa belə".

Bütün xəbərlər Facebook səhifəmizdə