“Zamiq və Elnur rəqiblərimdir, Röya və Aygün Kazımova isə...”-FOTOSESSİYA

"Azərbaycan şou-biznesində hit mahnıların 90 faizinin müəllifi Pərviz Mahmudovdur. Pərviz, Leyli, Hakan üçlüyünun yaradıcı birliyinin mənə uğur gətirəcəyinə əminəm" Bu sözləri SİA-ya açıqlamasında gənc və cəsarətli müğənni Ramin Şövkətov deyib. O, Pərviz Mahmudovun Leylinin şeirinə bəstələdiyi və Hakan Erolun aranjeman etdiyi "İkimiz" mahnısının bu yayın hitinə çevriləcəyinə əmindir. Raminin sözlərinə görə, gələn həftədən kompozisiya bütün radio dalğalarında səslənəcək: "İkimiz" ritmik, əsl yay əhval-ruhiyyəsinə uyğun mahnıdır. Əminəm ki, bu yay hər kəs bu mahnını dinləyəcək və hər kəs bundan danışacaq. 5 illik fortepiano təhsilim var, bəstəkar Nailə Mirməmmədlinin fərdi tələbəsi olmuşam, bu vaxtadək radio dalğalarında bir neçə mahnım səslənib, lakin "İkimiz" mahnısını karyeramda professional iş hesab edirəm. Müğənni peşəkarlarla çalışanda özü də peşəkar olur".

Ramin Şövkətov yeni kompozisiyanın Nail Naiboğlunun \"Lider\" telekanalında efirə gedəcək "Mahnı-2012" layihəsinə dəvət aldığını da əlavə etdi. İfaçı "İkimiz"in layihənin lideri olması üçün əlindən gələni edəcək: "Bu layihəyə bir nömrəli müəlliflərin mahnısı ilə qatılıram. Başqaları kimi ucunu tutub ucuzluğa getmədim. Çünki tamaşaçıya çox böyük hörmətim var. Elə buna görə də "Mahnı-2012"də əsl şou nümayiş etdirəcəyəm, yeni mahnımı qeyri-adi performansla təqdim edəcəyəm".


Gənc müğənni "İkimiz" mahnısına klip çəkdirməyi də düşünür. Ramin Azərbaycan estrada musiqisində rəqib gördüyü ifaçıların adlarını da açıqladı: "Bundan əvvəl ifa etdiyim mahnılardan birini də Nail Naiboğlu ekranlaşdırıb. "İkimiz" mahnısının klipini lentə almaq üçün yenidən ona müraciət edəcəyəm. İndi oxuyan və klip çəkdirənlər çoxdur, lakin mən ifa tərzim və səliqəli, professional işimlə seçilməyə çalışacağam. Şou-biznesdə ən çox bəyəndiyim kişi ifaçılar Zamiq və Elnurdur. Qadın müğənnilərdənsə Röya və Aygün Kazımova çox zəhmətkeşdirlər. Zamiq və Elnurla sağlam rəqabətə hazıram. Bunun üçün şou-proqramlar, el şənliklərindən qazandığım pulu yalnız sənətim üçün xərcləyirəm, ən zövqlü mahnılar, yüksək səviyyəli kliplər və disklər çıxarmağı qarşıma məqsəd qoymuşam. Azərbaycan şou-biznesinin bir nömərli kişi müğənnisi mən olacağam!"


Ramin Şövkətovun ifasında yeni "İkimiz" mahnısını radio dalğalarında səslənməzdən əvvəl eksklüziv olaraq təqdim edirik:




http://www.youtube.com/watch?v=GPy-1WLt0WI&feature=youtu.be


Bütün xəbərlər Facebook səhifəmizdə