Məşhur təqdimata alt paltarında gəldi

Məşhur aktrisa Salma Hayek şəffaf geyimdə qüsursuz bədən quruluşunu nümayiş etdirib. SİA xarici mediaya istinadən xəbər verir ki, aktrisa ötən gün “Sehrli Mayk: Sonuncu rəqs”in premyerasında geyimi ilə filmi kölgədə qoyub. Belə ki, 56 yaşlı ulduz baş rolda oynadığı filmin təqdimat mərasimi üçün naxışlı qara tor paltar seçib.

Məlumat üçün bildirək ki, ekran işinin rejissoru Stiven Soderberq, ssenari müəllifi Rid Kerolin, prodüserlər Qreqori Ceykobs və Nik Veksler, baş rollarda isə Salma Hayekin tərəf müqabilini 42 yaşlı aktyor Çenninq Tatum canlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə