"Prezident bunları məmurların qarşısına tələb kimi qoyur" - DEPUTAT AÇIQLADI

"Vətəndaş qəbulu mərkəzlərinin fəaliyyət göstərməsi idarəetmə orqanlarını cəmiyyətə və sadə vətəndaşa daha da yaxınlaşdıracaq. Cənab Prezident həmişə xalqa yaxın olmağı, onların qaldırdığı problemlərə diqqət etməyi, vətəndaşın yanında olmağı məmurların qarşısına tələb kimi qoyur". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, belə mərkəzlərin fəaliyyət göstərməsi ənənəvi qəbul günləri ilə yanaşı, daimi bir qəbul prosesinin işə düşməsinə kömək edəcək: "İstənilən şəxs problemi ilə bağlı mərkəzə gələrək onu müəyyən vəzifəli şəxs və struktura çatdıra biləcək, onu narahat edən məsələ ilə bağlı hər hansı bir məsləhət alacaq. Yaxud hər hansı bir təklifini səsləndirməklə görülən işlərin keyfiyyətini daha da artıracaq".

Deputat sözlərinə belə davam edib: "Belə mərkəzlər həm də məmurların öz vəzifələrində məsuliyyətinin bir göstəricisinə çevriləcək. Ümid edirəm ki, bu mərkəzlər cəmiyyət tərəfindən yüksək qiymətləndiriləcək və bir məmur-vətəndaş münasbətlərində keyfiyyəti yüksək və yeni forma əldə edəcəyik".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə