Prezident İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfəri siyasi mahiyyət kəsb edir ŞƏRH

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ probleminin həlli yolunu zamanında düzgün qiymətləndirdi. Ermənilərin danışıqlar yolu ilə işğal etdikləri Azərbaycan ərazilərindən çıxmayacaqlarını və Mins Qrupunun isə ermənilərə təsir etmək niyyətlərinin olmadığını müyyən etdikdən sonra məsələnin hərbi-siyasi yolla həll edilə biləcəyi qənaətinə gəldi və Ordu quruculuğuna xüsusi önəm verdi. Aparılan düzgün iqtisadi siyasət sayəsində əldə olunmuş imkanlardan Ordunun maddi texniki təminatı ,peşəkarlıq səviyyəsi davamlı şəkildə artırıldı və nəticədə 30 il erməni işğalı altında olan torpaqlarımız azad edildi. Torpaqlarımız işğaldan azad edildikdən sonra regionda yeni reallıq yarandı. Müharibənin bitməsinə baxmayaraq Ermənistanda mövcud olan ictimai-siyasi vəziyyət narahatcılıq doğurur. Məğlub olmuş Ermənistanda revanşist meyilləri görünməkdədir.Bu da Azərbaycanın Ordunun daha da gücləndirilməsi məsələni aktual edir. Hadisələri zamanında qiymətləndirən cənab Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işlərinin sürətlə icra edilməsi ilə yanaşı Ordunun daha da gücləndirilməsini daima diqqət mərkəzində saxlayır, yeni qoşun birləşmələri yaradılması istiqamətində qətiyyətli addımlar atılır. Azərbaycanla Türkiyə arasında əməkdaşlığın ən yüksək səviyyəyə qaldırılması, digər sahələrlə yanaşı Ordu quruculuğunda da öz müsbət nəticələrini verməkdədir. Müdafiə Nazirliyinin strukturu yenilənir və müasir dövrün tələblərinə cavab verən qoşun növləri yaradılır. 24 dekabr 2021-ci ildə birinci komanda hərbi – hissəsi işğaldan azad olunmuş Hadrutda istifadəyə verildi. Həmin hərbi hissənin açılışını Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəxsən özü etdi və buradan ermənilərə və onların havadarlarına mesajlarını göndərdi.

Bundan 6 ay sonra Kəlbəcərdə komanda hərbi hissəsinin açılışını cənab Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yenə də özü etdi və bildirdi ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir, komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir. Cənab Prezident İlham Əliyev qeyd etdi ki, bu gün Azərbaycan xalqı müzəffər xalq kimi,qalib ölkə kimi Ordu gününü qeyd edir. Azərbaycan Ordusu tarixi missiyasını şərəflə yerinə yetirdi. Azərbaycan xalqı bütün gücünü səfərbər edib rəhbər,xalq,ordu birliyi ilə torpaqlarımızı düşməndən azat etdi.

Cənab Prezident bu gün dünyada güc amilinin önə çıxdığını, norma və prinsiplərinin, beynəlxalq hüququn işləmədiyini, beynəlxalq təşkilatların fəaliyyətinin formal xarakter daşıdığını bildirdi və ermənilərin timsalında bunu izah etdi. O əlavə etdi ki, heç kim ermənilərə işğal etdikləri ərazilərdən çıx deməmişdi. Azərbaycan dövləti ərazi bütövlüyünü özü təmin etdi. Azərbaycan müstəqil iqtisadi siyasət apardı, öz imkanları hesabına güclü ordu yaratdı,vətənpərvərlik ruhunda tərbiyyə olunmuş yeni nəsil yetişdirildi, xalq-iqtidar birliyi formalaşdırıldı və bu da qalibiyyətimizi təmin etdi. Xalqımızın şanlı müharibəsi indi dünyanın ayrı-ayrı ölkələrinin hərbi məktəblərində öyrənilir. Ordumuzun daha da gücləndirilməsi istiqamətində davamlı iş aparılır və bundan sonra da bu istiqamətdə tədbirlər davam etdiriləcək. Cənab Prezident Kəlbəcərdən ermənilərə və onların havadarlarına bir daha xəbərdarlığını bildirdi. “Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. “Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın. Vətən müharibəsində Ermənistanı məğlub etməyimiz onlar üçün dərs olmalıdır. Biz bu mifi də dağıtdıq və göstərdik ki, güclü iradə olan yerdə, xalq-iqtidar birliyi olan yerdə, hərbçilərin vətənpərvərliyi olan yerdə heç kim bizim qabağımızda dura bilməz

Vahid Əliyev

YAP Xocalı rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...