Ermənistan Türkiyə ilə münasibətləri düzəltmək üçün Rusiyadan xahişi edib - Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Ermənistan Rusiyadan Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün vasitəçilik etməyi xahişi edib və biz bu yardımı göstərməyə hazırıq. SİA xəbəri “İnterfaks”a istinadən yayıb.

“Mən təsdiq edə bilərəm ki, Ermənistan İrəvan və Ankara arasında vasitəçilik üçün yardım üçün müraciət edib. Rusiya, bildiyiniz kimi, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasında maraqlıdır və səy göstərir, ölkəmiz bunu hər şəkildə davam etdirməyə hazırdır”, - Zaxarova brifinqdə bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...