Bərdə rayonunda Anım Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

Bərdə rayonunun Şəhidlər Xiyabanında 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib. SİA-nın məlumatına görə, anım tədbirində Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının üzvləri, rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Milli Məclisin deputatı Fatma Yıldırım, təşkilat rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə Vətən müharibəsi zamanı işğalçı Ermənistan ordusu tərəfindən Bərdə rayonuna atılan bombalar nəticəsində həlak olmuş mülki şəhidlərin xatirə lövhəsinin önünə tər güllər düzülüb, xatirəsi yad olunub, ruhlarına dualar oxunub.

Tədbir Şəhidlər Xiyabanında uyuyan şəhidlərin məzarları üzərinə tər güllər düzülməklə davam edib.

Daha sonra Bərdə şəhər 7 saylı tam orta məktəbin şagirdləri müzəffər Ali Baş Komandana, vətənə, şəhidlərimizə, əsgərlərimizə həsr olunmuş şeirlər söyləyiblər.

Tədbir şəhidlərin xatirəsinə keçirilən ağacəkmə aksiyası ilə davam çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...