ABŞ səfirliyi Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

ABŞ səfirliyi Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. SİA xəbər verir ki, bu barədə səfirliyin "Facebook" səhifəsində paylaşım edilib.

“Bu bayram müsəlmanlar üçün ibadətin və fədakarlığın önəmliliyini qiymətləndirmək üçün gözəl vaxtdır. Milyonlarla amerikalı müsəlman azərbaycanlı bacı və qardaşları kimi, bu bayramı ailə üzvləri ilə birgə, ehtiyacı olanlara yardım əlini uzadaraq qeyd edir. Sizləri bir daha bu gözəl bayram münasibətilə təbrik edirik!", - paylaşımda vurğulanıb.

Qeyd edək ki, bu gün dünya müsəlmaları müqəddəs Qurban bayramını qeyd edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...