Azərbaycan xarici mediada: nələr yazırlar? - VİDEO

Moskva-Baku platformasında yayımlanan “Fokus” proqramında xarici medianın və bloggerlərin Azərbaycan haqqında yazdıqları, çəkdikləri, yaydıqları, bəyəndikləri və şərh etdikləri məsələlərə toxunulub. Verilişdə qeyd olunan məqamları mətn və video formasında oxucularımıza təqdim edirik.

- Müharibədən sonrakı həyat. Azərbaycanlılar və ermənilər həmişə birlikdə yaşayacaqlarmı?

- Azərbaycanın yaxın dostu. İtaliya tamamilə təmənnasız olaraq azad edilmiş torpaqlara həyat qaytarmağa kömək etməyə hazırdırmı?

- Xəzər dənizinin Dubayı. İngilis səyyah-yazıçısının Azərbaycanda turizmin böyük potensialını nədə gördü?

Qarabağ

Qarabağda yeni bir müharibədən sonra, keçən əsrin 90-cı illərində oradan qovulan yüz minlərlə azərbaycanlının geri qayıtmaq ümidi var. Bununla birlikdə, bu yol uzundur – mina problemi, həmçinin mənzil və infrastruktur çatışmazlığı səbəbindən. Yenidənqurma işləri milyardlarla dollar tələb edir. BBC müxbirləri suallar verirlər. Bu pulu necə tapmaq olar? Nə qədər vaxt aparacaq? Və azərbaycanlılar şəhərlərin rahatlığını və təhlükəsizliyini tərk etməyə və hər şeyin sıfırdan başlamalı olduğu bölgələrə qayıtmağa hazırdırlarmı?

“Milyardlarla dollar Azərbaycanın Füzuli, Ağdam və digər şəhərlərinin xarabalıqlarının yenidən qurulmasına sərf ediləcək. Məktəbləri, xəstəxanaları yenidən qurmaq, yollar çəkmək, istehsalı bərpa etmək lazımdır. Maliyyə Nazirliyinin məlumatına görə, bu il bölgənin bərpasına 1,3 milyard dollar büdcə vəsaiti xərclənəcək. Azərbaycan Türkiyə şirkətləri ilə yenidənqurma barədə müqavilələr bağladı, İran firmaları elektrik stansiyalarını bərpa etməyə hazırdır. Ancaq bu bərpa işləri xarici investisiyaların deyil, Azərbaycanın hesabına aparılacaq".

Məqalədə Qarabağdan didərgin düşmüş 500 mindən çox azərbaycanlıdan bəhs olunur. Bir çoxları geri dönməyə hazırdır, amma indi əsas təhlükə azad edilmiş bölgələri əhatə edən mina sahələridir.

“İndiki və əvvəlki müharibədən sonra keçmiş döyüş əməliyyatlarının ərazisi minalanıb, minlərlə partlamamış hərbi sursat var və ərazinin təmizlənməsi bir neçə il çəkəcəkdir. Minalardan təmizlənmə həm münaqişə tərəfləri, həm də Rusiya tərəfindən həyata keçirilir və onsuz da həm hərbi, həm də mülki şəxslər arasında onlarla minaya düşüb ölən var".

Ermənilərin və azərbaycanlıların bu gün Qarabağda qonşu olub-ola bilməyəcəyi sualı ən həssas suallardan biri olaraq qalır. Müharibə yaraları, məğlubiyyətin acıları və ölülər üçün yas tutmaq…- etibarın bərpasından danışmaq üçün çox tezdir.

Məcburi köçkün Sevil Şahverdiyeva uşaqlıqdan ermənilərlə necə ünsiyyət qurduğunu, Novruz tətilini necə birlikdə qeyd etdiklərini, bir-birlərinə hədiyyə verdiklərini xatırlayır. İndi ermənilərlə yaşaya biləcəkmi? Sevil Şahverdiyeva bu sualı açıq qoyur.

“Onlarla bütün münasibətlər yandı bitdi, indi onlar bizim düşmənlərimizdir. Zaman yaraları sağaltsa… Unutmaq çətindir ... indi birlikdə yaşaya bilərikmi? ... bilmirəm”.

Biznes / İqtisadiyyat

İtalyan mətbuatı Bakıda keçirilən "Cənubi Qafqaza Yeni Bir Baxış: Münaqişədən Sonra İnkişaf və Əməkdaşlıq" beynəlxalq konfransına diqqət çəkdi. “İlgiornale” qəzeti, çıxışında onu yaxın dostu və ortağı adlandıran və Qarabağ münaqişəsi dövründə İtaliyanın ədalətli və müstəqil mövqeyini qeyd edən Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya gözəl mesajından yazır. Azərbaycan lideri İtaliya şirkətlərini azad edilmiş torpaqların bərpasında iştirak etməyə dəvət etdi. Məqalə müəllifi bu şansı qaçırmaq lazım olmadığını yazır.

“İtaliya müharibə veteranlarına və mina qurbanlarına kömək etmək üçün tamamilə təmənnasız olaraq azad edilmiş ərazilərə tibbi qruplar göndərməyi düşünməlidir. Həkimlər və istehkamçılar müharibədən sonrakı yenidənqurma şirkətləri üçün ideal və mükəmməl bir tamamlayıcı olardı. Əliyev açıq şəkildə bildirdi ki, İtaliya üçün çox iş var. İndi İtaliya nə təklif etməyə hazır olduğuna qərar verməlidir".

Avrasiya İqtisadi İttifaqı

Avrasiya İqtisadi İttifaqı ölkələri Azərbaycanın İttifaqın işinə bağlılığını müzakirə etdilər. Bakının iştirakı nə verəcək və İrəvan hansı şərtlər qoydu. Bu sualları RBK jurnalistləri soruşurlar.

Məqalə müəllifi yazır ki, Azərbaycanın aprelin sonunda keçiriləcək növbəti iclasda iştirakı ehtimalı azdır. Ölkələr arasında fikir ayrılığı qalmaqdadır. Məsələn, Ermənistanda hərbi əsir və Azərbaycanda terrorçu sayılan bir qrup erməni hərbçisi. Bununla yanaşı, nüfuzlu mütəxəssislər əmindir ki, gələcəkdə Azərbaycanın Aİİ-də iştirakı qaçılmazdır.

“Rusiya postsovet məkanı, Çin, Rusiya və bəlkə də ASEAN-ı birləşdirəcək böyük Avrasiya tərəfdaşlığı yaratmağa çalışır. Azərbaycan bütün bu zəncirlərdə vacib bir halqadır. Həm nəqliyyat, həm sənaye, həm kənd təsərrüfatı sahələrində”.

Qənimətlər parkı

Demək olar ki, bütün aparıcı KİV-lər Bakıda Dağlıq Qarabağdakı döyüş əməliyyatları zamanı Azərbaycan tərəfinin götürdüyü müharibə qənimətləri parkının açılışı barədə məlumat verdilər. 5 hektar ərazidə erməni hərbi texnikası və hərbi əməliyyatların bir ekspozisiyası təqdim olunur. Erməni hərbçilərinin bəzi saxtakarlıqları Ermənistanda ağrılı bir reaksiya yaratdı, ancaq “Euronews” telekanalı Azərbaycan Xarici İşlər Nazirliyinin rəyinə istinad edir.

“Dünya praktikasında olduğu kimi, bu parlaq Qələbəni paradlar, parklar, muzeylər və başqa yollarla davam etdirmək hüququmuz var. Müharibədə iştirak edən erməni hərbçilərinin manekenlərinin parkdakı nümayişə gəlincə, bu praktika dünyanın bir çox ölkəsindəki hərbi muzeylərdə mövcuddur. Bu parkın mesajı və burada təqdim olunan kompozisiyalar birmənalıdır: təcavüz və qanunsuz işğal siyasəti üzərində böyük Qələbə beynəlxalq hüququn təntənəsidir".

Bu arada nüfuzlu hərbi ekspert İqor Korotçenko öz Telegram kanalında abunəçilərinin Bakıdakı Müharibə Qənimətləri Parkını ziyarət etmək və ekspozisiyaya baxmaq istədikləri barədə bir sorğu keçirdi. Səs verənlərin 89%-i müsbət, 8%-i mənfi cavab verdi, 3%-i cavab verməkdə çətinlik çəkdi.

Turizm

“Telegraph” qəzeti, səyyah-yazıçısı Ceyms Stüardın Azərbaycan haqqında məqaləsini yayımladı. Müəllif “Azərbaycan füsunkar bir ölkədir, ola bilsin ki heç ziyarət etməyi düşünməmisiniz” deyir, lakin Azərbaycanın turizm potensialını Gürcüstanın turizm potensialından daha yüksək qoyur.

“Odlar diyarı kimi tanınan Azərbaycan Qafqazın ən maraqlı ölkəsidir. Gürcüstan turizm məkanlarından birinə çevrilsə də, Azərbaycan daha cəlbedicidir".

Yazıçı Bakını “Xəzər dənizində Dubay” adlandırdı, lakin məqaləsinin çox hissəsini Azərbaycanın digər təəccüblü yerlərinə həsr etdi. Müəllif Qubanın Xınalıq kəndinin gözəlliyindən bəhs edərək, İncildə qeyd olunan yerlərə bənzədiyini vurğuladı. Qədim Qafqaz Albaniyasının nəsilləri orada yaşayır. Səyyah kəndlərin infrastrukturuna, məsələn, Xınalıq kəndindəki yolların mükəmməl vəziyyətinə təəccübləndi.

“Azərbaycan hökuməti Xınalığın təbliğində maraqlıdır. Yürüş yolunu turizm cığırına çevirmək planları var. Digər bir layihə Xınalıqdan Qəbələ xizək kurortuna qədər dünyanın ən uzun kanat yolunun yaradılmasıdır".

Müəllif Şəki xanlarının məşhur sarayını ziyarət etdiyi Şəki şəhərindən də yan keçməyib. Onun sözlərinə görə, 2019-cu ilin iyul ayında Şəki “İpək Yolunun maddi irsi”nə görə Ümumdünya İrsi statusunu aldı.

"Şəki, Qafqaz dağlarının ətəyində, Bakının qərbində 5 saatlıq məsafədədir. Paytaxtın xaricində səhra qəflətən bitir və siz meşəlik təpələr və üzüm bağlarının yanından sürürsünüz və uşaqlar tarlaları ritmik şəkildə kəsirlər. Sərin suda köhnə karvansaranın bağçası, alverçilərin metal, keramika və ipək məhsulları mübadiləsi etdiyi salonların altında otururam".

Məqalə müəllifi Azərbaycanın gözəlliyindən ilham alan tək şəxs olmadığını söylədi: “Kiş kəndində, əsas meydanda, məşhur Norveç arxeoloqu Tur Heyerdalın büstü var. Vəziyyəti dəyişdirmək üçün Kiş kəndinə piyada gedirəm. Budur daş döşənmiş küçələrlə gəzən xoruzlar və əsas meydanda Tur Heyerdalın büstü var. Norveçli səyyah Azərbaycan ərazisindəki 1-ci əsrin ən qədim xristian kilsəsinin bərpasında iştirak edib".

Xarici media bu həftə Azərbaycanı belə gördü. Hələlik.

Hazırladı - Darya Tarasova

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...