ABŞ və Qərbin hücum diplomatiyası Kremlin apardığı siyasətin iflasıdır - ŞƏRH ÖZƏL

“Rusiyaya qarşı sanksiyalar və siyasi təzyiqlər artıqca, Moskva MDB məkanında öz siyasi nüfuzunu möhkəmləndirməyə və Avrasiya İttifaqına yeni üzvülərin cəlb edilməsinə çalışır. Artıq Kreml dəyişən regional şərtlər fonunda Avrasiya İttifaqını yeni dizaynda tərtib etmək üçün yeni bir siyasi plana malikdir. Bunu Avrasiya İttifaqı üzv dövlətlərinin bu ayın sonunda Kazanda keçiriləcək toplantısında elan edəcək. Gömrük İttifaqınnın (Avrasiya İttifaqının) bu toplantısına Azərbaycanın müşahidəçi kimi qatılması gözlənilir. Ukrayna böhranı ilə əlaqədar olaraq ABŞ və Qərbin Moskvaya qarşı hücum diplomatiyası və üzərinə getməsi bunun müqabilində Rusiyanın bu məsələlərdə bir müttəfiqinin olmaması Kremlin bu illər ərzində apardığı siyasətin iflasıdır. Çünki qonşularına qarşı aqressiv və təzyiq siyasəti Kremlə məsafəli davranmalarına gətirib çıxarıb”. Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin sözlərinə görə, prezident Vladimir Putin Avrasiya İttifaqının inkişafı və üzv ölkələrə qarşı yeni bir siyasi baxış formalşadırmaq üçün bir mexanizm həyata keçirəcək: “Təbii ki, bu üzv ölkələrə qarşı təzyiq mexanizmi kimi reallaşsa da, müəyyən dərəcədə əlverişli iqtisadi şərtləridə özündə ehtiva edəcək. Belə bir planın səmərə verməsi gözlənilmir. Çünki əsas siyasi strategiya "neoSSR" yaratmaqdır. Donbasda Qərb Rusiyanın qarşısından çəkiləcəksə, Rusiya aktiv şəkildə MDB məkanına nüfuz edəcəyi mümkündür. Ümumiyyətlə Kreml rəhbərliyinin yumuşaq əməkdaşlıq gücündən deyil, təzyiq və şantajdan istifadə etməsi, qarşılıqlı əməkdaşlıq deyil, asılıq siyasətinə üstünlük verməsi bu gün Rusiyanın Qərbin qarşında tək qalmasına gətirib çıxarıb”.

Politoloq nəzərə çatdırıb ki, Azərbaycan Avrasiya İttifaqının üzvü deyil: “Rusiya çalışır ki, Azərbaycanı bu təşkilata üzv etsin. Qarabağ müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında problemin aradan qalxması Moskvanı hərəkət gətirib. Rusiya Azərbaycanı öz orbitində olan təşkilatlara üzv etməklə, İttifaq daxilində yeni bir mərhələyə keçməyə çalışır. Azərbaycanın bu birliyə daxil olması gözlənilmir. Azərbaycanın Türkiyə ilə birgə fəaliyyəti, Mərkəzi Asiya ölkələri ilə başladılan əməkdaşlıq formatı Avrasiya İttifaqının cəlbedilcliyinin üstündən xətt çəkir. Məhz Belarus prezidenti Aleksandr Lukaşenkonun Bakıya səfərində əsas müzakirə predmeti Azərbaycanın Avrasiya İttifaqına üzvlüyünə cəlb edilməsi üçün Moskvanın istəklərinidə müzakirə etmək olub”.

M. Əsədullazadə vurğulayıb ki, Azərbaycan Tükiyənin başlatdığı "Türksoylu dövlətlətlərlə" əməkdaşlıq açılımında yer almaqla, öz təhlükəsizliyini daha da möhkəmləndirəcək: “Rusiyadan şantaj və təzyiqlərinə baxmayaraq Ankara və Bakı birgə platforması, Mərkəzi Asiyanı əhatə etməklə, yeni regional nizam formalaşdıracaq. Ona görə də Azərbaycanın Putinin layihələrində yer alması, Azərbaycanın maraqlarına ziddir və bu təhlükəsizliyimizə təhdiddir. Azərbaycanın Türkiyə ilə birgə ortaq fəaliyyəti, Mərkəzi Asiyaya açılımı və Qərbin Rusiyaya təzyiqləri Avrasiya İttifaqının genişləndirilməsinin qarşısını ala bilər”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə