YAP Daşkəsən rayon təşkilatında partiya fəalları ilə görüş keçirilib FOTOLAR

7 aprel 2021-ci il tarixdə Alunitdağ qəsəbə ərazi ilk partiya təşkilatında yığıncaq keçirilmişdir. Yığıncaqda 05 mart 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyasının 7-ci qurultayının keçirilməsindən, Ölkə Prezidenti, partiyamızın sədri cənab İlham Əliyevin çox geniş və məzmunlu, proqram xarakterli nitqindən irəli gələn məsələlər müzakirə olunmuşdur. Yığıncaqda çıxış edənlər bildirmişlər ki, partiyamızın idarə olunmasında Mehriban xanım Əliyevanın sədrin birinci müavini seçilməsi, aparılan geniş struktur islahatları bundan sonra da partiyamızın liderliyini qoruyub saxlayacaqdır.

Yekunda Cahangir Məmmədov ərazi ilk partiya təşkilatının sədri seçilib.
Yığıncaqda YAP Daşkəsən rayon təşkilatının aparat rəhbəri Sərdar Xıdırov iştirak edib.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə