Xocalı faciəsi ermənilərinin xalqımıza qarşı törətdiyi soyqırımının davamıdır - MÜSAHİBƏ

Xocalı soyırımının 29-cu ildönümü ilə əlaqədar AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı SİA-ya müsahibəsini təqdim edirik.

- Faciəyə dövlət tərəfindən verilən siyasi-hüquq qiymət barədə nə deyə bilərsiniz?

Ümumiyyətlə, 1918-ci ildə regional və beynəlxalq güclərin hərtərəfli dəstəyi ilə tarixi Azərbaycan torpaqlarında yaradılan Ermənistan 1905, 1918, 1920, 1988-ci illərdən dəfələrlə türk-müsəlman xalqlarına qarşı soyqırım və etnik təmizləmə siyasəti həyata keçirib. Belə qanlı faciələrdən biri də 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri və Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərək azərbaycanlılara qarşı soyqırım etmişdir. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Faciədə 76-sı uşaq olmaqla, 487 nəfər yaralanmış, 1275 nəfər əsir isə götürülmüşdür. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Xocalı Soyqırımı faciəsinə 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən siyasi-hüquqi qiymət verilmiş və rəsmi şəkildə dünyaya bəyan edilib. 1994-cü ilin fevralında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalıda baş vermiş hadisələri təhlil edərək, ermənilərin törətdikləri cinayət əməllərinin azərbaycanlılara qarşı soyqırımı olduğunu beynəlxalq hüquqi məsuliyyət baxımından təsbit etmiş və 26 fevral tarixinin "Xocalı soyqırımı günü" kimi qeyd olunması haqqında qərar verib. Ulu öndər Heydər Əliyevin 25 fevral 1997-ci il verdiyi No 498 qərar nəticəsində, hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan olunur. H.Əliyev Xocalı soyqırımının onuncu ildönümü ilə əlaqədar Azərbaycan xalqına 2002-ci il 25 fevral tarixli müraciətində qeyd edirdi: "Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur. Digər tərəfdən, faciənin əsl beynəlxalq hüquqi-siyasi qiymət alması, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılması bütövlükdə insanlığa qarşı yönəlmiş belə qəddar aktların gələcəkdə təkrarlanmaması üçün mühüm şərtdir. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı soyqırımı haqqında qeyd edib ki, "Xocalı faciəsi iki yüz ilə yaxın bir müddət ərzində erməni millətçilərinin və onların havadarlarının xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamı və qanlı səhifəsi idi".

Bundan başqa Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlayan "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində dövlət qurumları, gənclər təşkilatları və ali təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunan təqdimatlar təşkil edilir. Kampaniya qlobal səviyyədə fəaliyyət göstərmək və öz müraciətlərini çatdırmaq üçün müxtəlif kommunikasiya vasitələri və resurslarından, o cümlədən media, internet və canlı tədbirlərdən fəal şəkildə istifadə edir.

- Bəs Xarici ölkələrin, beynəlxalq və regional təşkilatların Xocalı soyqımına verdikləri siyasi və hüquq qiymət barədə nə deyə bilərsiniz?

Faciəni parlament səviyyəsində qətliam kimi Pakistan 2012-ci il, Meksika 2 fevral 2012-ci ildə, Kolumbiya 2012-ci il 24 apreldə, Çexiya 2013-cü ilin 19 fevralda, Bosniya və Herseqovina 2013-cü il 26 fevralda, Panama 2013-cü il 7 avqustda, Peru 2013-cü il 14 iyunda, Sudan 2014-cü il, Honduras 2014-cü il 17 yanvarda, 2016-cı ildə İordaniya, 2017-ci ildə Cibuti Respublikası, Şotlandiya 2017-ci il 22 fevral tarixlərində tanımış, eləcə də ABŞ-ın 22 ştatı və s. Xocalı ilə bağlı sənəd qəbul edib.

İslam Əməkdaşlıq Təşkilatının 2010-cu ildə Uqandanın paytaxtı Kampalada, 2011-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə, 2012-ci ildə Cibutidə, 2013-cü il-də Misirin paytaxtı Qahirədə, 2014-cü ildə İranın paytaxtı Tehranda, 2015-ci ildə Küveytdə keçirilən sessiyalarında Xocalı faciəsi soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınıb.

- Dünya KİV-lərində faciə barədə hansı məqalələr tirajlanıb?

Xocalı faciəsi Türkiyə ictimaiyyətinə çatdırılması ilk dəfə olaraq, erməni silahlılarının törətdiyi qırğın barədə fotolarla birgə Rəhbər Bəşiroğlu "Milliyyət" qəzetində, ABŞ-ın "Washington Post", "The New York Times", "Boston Globe", "Wall Street Journal", "Sunday Times", "Chicago Tribune" qəzetləri, "Associated Press" və "Time" informasiya agentliklərində, Böyük Britaniyada, Reuters agentliyi, "The Times" qəzeti, "Sunday Times" qəzeti, "The Guardian" qəzeti, BBC kanalında, 1992-ci il 14 martında Fransa mediasında özünəməxsus yeri olan "Le Monde" qəzetində, Rusiyanın "Komsomolskaya pravda", "Trud", "Pravda" qəzetləri və Moskvanın "Pasport" jurnalında, İrlandiyanın "The Irish Times", Avstraliyanın "The Age" qəzetlərində və s. xarici ölkələrin KİV-lərində Xocalıda törədilmiş soyqırım haqqında məqalələr yazılıb.

Bəşəriyytətin ən qanlı faciələrindən olan Xocalı soyqımından 29 il keçir. Müzəffər və rəşadətli ordumuzun əldə etdiyi Qarabağ zəfəri nəticəsində Xocalı rayonunun bir neçə kəndi də düşmən işğalından azad edilib. Hər birimiz qalib ordunun əsgəri olmaq şərəfdir, qürurdur, qeyrətdir. Bizlər qədimdən bugünə kimi dövlətçiliyimiz və torpaqlarımızı şəhidlərimizin və qazilərimizin qanı və cani bahasına əldə etmişik.

Bu gün bütün Xocalı şəhidlərinin, o cümlədən Allahverdi Bağırovun, Əlif Hacıyevin, Ələsgər Novruzovun, Tofiq Hüseynovun, Aqil Quliyevin, İnqilab İsmayılovun, Füzuli Rüstəmovun və s. adlarını çəkmədiyimiz neçə-neçə şəhidlərimizin ruhları şaddır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, dünyadan köçən canlı şəhidlərimiz olan qazilərimizə də rəhmət eləsin, həyatda qalan qazilərimizə Allah can sağlığı versin. Bir sözlə, inanırıq ki, Ali Baş Komandanın səyi nəticəsində Qarabağ tarixi ad-sanını özünə qaytaracaq və dünyada strateji, iqtisadi, mədəni-mənəvi əhəmiyyəti daha artacaqdır.

- Faciənin soyqırım kimi dünya ölkələri tərəfindən daha çox tanınması üçün hansı tədbiləri görməliyik?

Bəşəriyytətin ən qanlı faciələrindən olan Xocalı soyqımından 29 il keçir. Müzəffər və rəşadətli ordumuzun əldə etdiyi Qarabağ zəfəri nəticəsində Xocalı rayonunun bir neçə kəndi də düşmən işğalından azad edilib. Hər birimiz qalib ordunun əsgəri olmaq şərəfdir, qürurdur, qeyrətdir. Bizlər qədimdən bugünə kimi dövlətçiliyimiz və torpaqlarımızı şəhidlərimizin və qazilərimizin qanı və cani bahasına əldə etmişik.

Bu gün bütün Xocalı şəhidlərinin, o cümlədən Allahverdi Bağırovun, Əlif Hacıyevin, Ələsgər Novruzovun, Tofiq Hüseynovun, Aqil Quliyevin, İnqilab İsmayılovun, Füzuli Rüstəmovun və s. adlarını çəkmədiyimiz neçə-neçə şəhidlərimizin ruhları şaddır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, dünyadan köçən canlı şəhidlərimiz olan qazilərimizə də rəhmət eləsin, həyatda qalan qazilərimizə Allah can sağlığı versin. Bir sözlə, inanırıq ki, Ali Baş Komandanın səyi nəticəsində Qarabağ tarixi ad-sanını özünə qaytaracaq və dünyada strateji, iqtisadi, mədəni-mənəvi əhəmiyyəti daha artacaqdır.

Əvvəla Xocalıda Şəhidlər Xiyabanı, Xocalı Şəhidlərinə aid Muzeyin Xocalıda erməni vəhşiliyini gələcək nəsillərə göstərmək üçün açıq səma altında muzey kimi fəaliyyət göstərməsi, Xocalı Tarix-Diyarşünaslıq Muzeyi, Xocalı Şəhidlərinin adlarının əbədiləşdirilməsi, Xocalı şəhidlərinə aid abidənın olması məqsədəuyğun olardı. Çünki faciənin dünyaya çatdırılması üçün əhəmiyyətli məsələlərdən biridir.

Fikrimizcə, Xocalı soyqımını beynəlxalq aləmdə daha da sistemil şəkildə təbliğ etmək üçün bizlər sıra məsələləri həyata keçirməliyik: "Elmi sahədə çalışan hər biz azərbaycanlı tarixçi, siyasətçi, filosof, filoloq, arxeoloq, etnoqraf, milli təhlükəszilik və ordu, mətbuat, diaspora və s. sahələrdə araşdırma aparan tədqiqatçı və elm adamları Xocalı soyqırımı ilə bağlı xarici ölkə KİV-lərində, elmi və təhsil mərkəzlərində cıxışlar etməli, xarici dillərdə yazılar yazmalıdırlar; Azərbaycanda və xaricdə fəaliyyət göstərən bütün siyasi partiya və təşkilatlarımız beynəlxalq aləmdə öz fəaliyyətlərində Xocalı soyqırımı təbliği sahəsində xüsusi fəallıq göstərməlidirlər; dünyanın aparıcı universitetləri, elmi tədqiqat və araşdırma mərkəzləri ilə əməkdaşlıq edib, Xocalı sıyqırımı haqda birgə kitab, məqalələr yazmalı, dəyrmi masa, disput, layihələr həyata keçirməliyik, Dünyada tarixdən günümüzə kimi ermənilər və onları dəstəkləyən regional və beynəlxalq qüvvələrin türk-müsəlman xalqlarına qarşı törətdikləri soyqırımları haqda fakt, sənəd, arxiv materialları, yerli və o dövrkü mətbuatda gedən yazıları və s. xarici dövlətlərə, eləcə də beynəlxalq və regional qurumlar, təşkilatlar, QHT, tədqiqat mərkəzləri, araşdırma aparan tədqiqatçılara ətraflı şəkildə məlumatlar verilməlidir; xüsusilə də bu sahədə tədqiqat aparanlara dəstək edilməlidr. Xüsusilə də Xocalı hadisələrinin şahidlərinin müsahibələri xarici KİV-lərə film, müsahibə, şəkil, kitab halında çatdırılmalıdır".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...