KTMT-nin keçmiş baş katibi etirazçılara qoşulub

KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən etirazçılara qatılıb. SİA xəbər verir ki, bu barədə RİA Novostinin xüsusi müxbiri hadisə yerindən bildirib.
Xatırladaq ki, bir qədər əvvəl Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı baş nazir Nikol Paşinyanın istefasını tələb etmiş və xalqına qarşı güc tətbiq etməməsi barədə xəbərdarlıq etmişdi. Paşinyan bildirib ki, istefası tələbindən sonra Baş Qərargah rəisi Onik Qasparyanı istefaya göndərib.

Diqqətə çatdıraq ki, çərşənbə günü, Ermənistan prezidenti Armen Sarkisyan, Paşinyanın təklifi ilə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini Tiran Xaçatrianı onun İskəndər barədə dediklərini gülüşlə qarşıladığı üçün vəzifəsindən azad edib.

Həmçinin qeyd edilir ki, Xaçaturov da mitinqin keçirildiyi Azadlıq meydanına gələrək müxalifət liderlərinə qatılıb. Nəzərə çatdıraq ki, bu illər ərzində Xaçaturov Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi, ölkənin müdafiə nazirinin müavini vəzifələrini tutub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə