"Sərtləşmə olsa evdən çıxmaq olmayacaq" Akif Qurbanov

“İmkan daxilində nəqliyyatdan istifadə etməyək.” SİA xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin professoru Akif Qurbanov bu gün keçirilən brifinqdə deyb.

Professor bildirib ki, nəqliyyatda sıxlıq müşahidə olunur və mümkün qədər ictimai nəqliyyatdan istifadə edilməməsi tövsiyyə edilir.

“Vacib olmadığı təqdirdə ictimai nəqliyyatdan istifadə etməyək. Ümumiyyətlə, lazım olmadığı halda evdən də çıxmayaq. Onsuz da, sərtləşmə olsa evdən çıxmaq olmayacaq”, deyə Akif Qurbanov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə