Bəs Avropa İttifaqı niyə susur? İqor Korotçenko

Rusiyanın tanınmış hərbi-siyasi eksperti, politoloq İqor Korotçenko Avropa İttifaqının Dağlıq Qarabağla bağlı çağırışını ittiham edən fikirlə çıxış edib. SİA rus politoloqun teleqram səhifəsindəki fikirlərini diqqətə çatdırır. SİTAT: "Avropa İttifaqı Dağlıq Qarabağda hərbi əməliyyatların davamının, dinc əhaliyə zərbələr endirilməsinin yolverilməz olduğunu hesab edir və tərəfləri dərhal sülh danışıqlarına başlamağa çağırır. Bu barədə Aİ-nin xarici siyasət idarəsinin rəsmisinin bəyanatında bildirilib.

Bəs nəyə görə Aİ Ermənistanın Azərbaycanın Bərdə şəhərinə endirdiyi raket zərbələrini pizləyən bəyanatla çıxış etmir? 21 insan həlak olub", deyə İqor Korotçenko adıçəkilən təşkilata haqlı iradını yönəldib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə