Larisa Alaverdyan: “Nə siyasi hakimiyyət səviyyəsində, nə də diplomatiyada heç bir iş aparılmır” Paşinyan hədəfdə

“Anlamaq istərdim ki, erməni hakimiyyəti ümumi səfərbərlik anlamında nə demək istəyir? Təyin olunmuş addımlardan və bəyanatlardan başqa daha hansı addımlar atılır?”. SİA xəbər verir ki, bu barədə Ermənistanın “Yerkramas” agentliyinə ölkənin birinci ombudsmanı Larisa Alaverdyan danışıb.

Onun sözlərinə görə, hakimiyyət informasiya məkanında bu və ya digər fəaliyyətləri ilə hər hansı realizəsini göstərməməlidir: “Hakimiyyətin funksiyası Feysbuk və tivitterdə laylara deyil, rəsmi blanklar vasitəsi ilə dəqiq messeclərə əsaslanmalıdır. Hakimiyyətin funksiyası dəqiq və rəsmi mövqe ilə formalaşmalıdır”.

Alaverdyan Nikol Paşinyan hökumətinin fəaliyyətsizliyini önə sürməklə onu da bildirib ki, nə siyasi hakimiyyət səviyyəsində, nə də diplomatiyada heç bir iş aparılmır. “Məlum olan işlər isə artıq neçənci dəfədir ki, sadəcə baş aldatmağa yönəlib”, deyən ermənilərin sabiq ombudsmanı erməni xalqının bataqlıq dalanına sıxışdırıldığını da qeyd edib.

“Bu prinsiplər bizi bataqlıq dalanına sıxışdırır və bu, açıq-aydın şəkildə görünməkdədir”, Alaverdyan bildirib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...