"Ermənistan müxalifəti ordunu və hərbi-siyasi rəhbərliyi parçalamağa çalışır"

Ermənistandakı müxalifət ordu ilə ölkənin hərbi-siyasi rəhbərliyini ayırmağa, parçalamağa çalışır. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan "Azatutyun" radiosuna müsahibəsində söyləyib.

O, bu cür hərəkətləri "xəyanətkar addım" kimi xarakterizə edib. Qriqoryan qeyd etdi ki, məsələ Ermənistanın keçmiş hakimiyyət nümayəndələrinə aiddir. Onun sözlərinə görə, belə bir povest təqdim etməyə və idarəetmə sistemində birliyin olmaması illüziyasını yaratmağa çalışırlar.
"İdarəetmə sisteminin və birliyin necə vacib olduğunu bilirlər. Müharibə zamanı həm ordu, həm də hərbi-siyasi rəhbərlik bir olmalıdır", deyə Qriqoryan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə