Ermənistanda anti-Rusiya siyasəti: "Şimal ayısı" bağışlamayacaq ANALİTİK

Kremlin qisası qısa, zaman aparmayacaq və ən əsası, sarsıdıcı olacaq

Nikol Paşinyan hələ baş nazir olmaq üçün Soros fondunun qanadları altında “məxməri inqilab” planlarını reailzə edərkən, onun mitinq və küçə yürüşlərində daha çox toxunduğu mövzu məhz Rusiya əleyhinə siyasət üzərində köklənmişdi. Hətta belə deyə deyə bilərik ki, o Serj Sarkisyan rejimini devirib, öz rejimini tətbiq etdikdən sonra, verdiyi vədlərindən yalnız birini həyata keçirib - anti-Rusiya siyasətini...

Xüsusilə, iqtisadi, siyasi, hüquqi, sosial problemlərlə yanaşı koronavirus böhranının da ölkəyə sarsıdıcı zərbələr endirməsi proqnozların qısa zamanda reallaşacağı siqnallarını verməkdədir

Xalqın sosial-rifah halının yaxşılaşdırılmasından başlayaraq, digər problemlərin həlli isə çoxdan arxa plana atılıb və Ermənistanda Paşinyana qarşı formalaşaraq artan siyasi güclərin etirazları da belə qənaətə gəlməyə zəmin yaradır ki, artıq növbəti rejim dəyişikliyi elə də uzaqda deyil. Xüsusilə, iqtisadi, siyasi, hüquqi, sosial problemlərlə yanaşı koronavirus böhranının da ölkəyə sarsıdıcı zərbələr endirməsi proqnozların qısa zamanda reallaşacağı siqnallarını verməkdədir.

Belə olan halda, Paşinyanın hələ də Soros dayısının qucağında rahatlıq tapacağı xülyaları da bir anda məhv ola bilər. Çünki bu gün ona qarşı çıxan müxalif güclərin əksər çoxluğu bilavasitə Kremlin dəstəkçiləridir və bir neçə il əvvəl Qərbin başlatdığı oyunlara bu dəfə Şimal ayısı son qoya bilər.

“Past” yazır: “Xüsusilə son aylarda nəinki hakimiyyət, hakimiyyətə yaxın dairələr, həm də hakimiyyətyönümlü deputatlar da bu siyasətə qoşulublar”

SİA xəbər verir ki, bu arada, Ermənistanın “Past” qəzeti ölkədə anti-Rusiya siyasətinin güclənməsi ilə bağlı maraqlı məqamlara toxunub. Misal üçün, erməni nəşri öz mənbələrinə istinadən yazır ki, artıq rus dairələri Ermənistandakı anti-Rusiya baxışlarından narahatlıq ifadə edirlər. “Xüsusilə son aylarda nəinki hakimiyyət, hakimiyyətə yaxın dairələr, həm də hakimiyyətyönümlü deputatlar da bu siyasətə qoşulublar”, deyə erməni qəzeti qeyd edir.

“Past”ın mənbəsi onu da bildirir ki, ermənilərin ali siyasi dairələrinə Rusiyanın cavab addımları ata biləcəyi ehtimalları barədə xəbərdarlıq edilərkən, onlar sadəcə çiyinlərini çəkərək, bunun Ermənistanın daxili problemi olduğunu bildiriblər.

Rusiyanın Ermənistandakı səfirliyi Moskvaya çoxsaylı bənzər analitik yazıları göndərib

Başqa tərəfdən o da vurğulanır ki, nəşrə görə rus dairələrinin narahatlıqları Ermənistanın hakimiyyətə yaxın KİV-lərində, sosial şəbəkələrdə və s. təbliğat sektorlarında Rusiya əleyhinə başladılan aşkar kampaniyaların sürətlə artmasıdır. Nəşr mənbəsinə istinad edərək yazır ki, Rusiyanın Ermənistandakı səfirliyi Moskvaya çoxsaylı bənzər analitik yazıları göndərib. “Gözlənilir ki, artıq yaxın günlərdə növbəti və yeni anti-Rusiya dalğasına yönəlmiş kampaniyaya başlanılacaq”, “Past” yazır.

SİTAT: “Yeri gəlmişkən, həmin mənbələrə görə, ölkədə “Audiovizual media haqqında” qanunla bağlı da narahatlıqlar yaranıb və Rusiyanın Ermənistandakı səfirliyi artıq sərt bəyanatla çıxış edib. Rusiya KİV-ləri artıq bəyan edirlər ki, rus telekanallarının Ermənistandakı yayımı resept üzrə müəyyən olunacaq”.

Şimal ayısı Ermənistana verəcəyi sərt cavabı fonunda aparıcılıq funksiyasını məhz Koçaryanın üzərinə qoyacaq

Lakin bütün bunlarla yanaşı, kifayət qədər ehtimal etmək və proqnozlaşdırmaq mümkündür ki, məsələlər yalnız medialar üzərində başa çatmayacaq. Münasibətlərin yenidən baxılması üçün Kremlin daha kəskin addımlar atacağı gözlənilir. Hətta Rusiya prezidenti Vladimir Putinin ən yaxın dostu hesab edilən Robert Koçaryanın azadlığa buraxılması belə, münasibətlərin səngiməsinə yol açmadı, əksinə gərginləşdirdi. Hətta demək mümkündür ki, Şimal ayısı Ermənistana verəcəyi sərt cavabı fonunda aparıcılıq funksiyasını məhz Koçaryanın üzərinə qoyacaq. Yəni Kremlin qisası qısa, zaman aparmayacaq və ən əsası, sarsıdıcı olacaq...

Rövşən NURƏDDİNĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...