Ermənistan beynəlxalq təşkilatların himayəsi altında oyun oynayır - AÇIQLAMA

“Ermənilər öz xain əməllərini hər zaman olduğu kimi yenə də davam etdirirlər. Çox təəssüf ki, beynəlxalq təşkilatların himayəsi altında bu oyunlar oynanır. Bu oyunlatı pozmaq Azərbaycan üçün çətin, lakin mümkündür”. Bunu SİA-ya açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib.

Onun sözlərinə görə, Ermənistanın arxasında beynəlxalq güclər, beynəlxalq təşkilatlar dayanıb: “ATƏT-in Minsk Qrupunun həmsədrləri illərdir birmənalı şəkildə Ermənistanı və onun qeyri-qanuni əməllərini müdafiə edirlər. Dağlıq Qarabağda keçirilən “seçkilərlə” əlaqədar boş və mənasız açıqlama ilə kifayətləniblər. Əlavə olaraq nə ABŞ, nə Fransa, nə də Ruisyanın Xarici İşlər Nazirliyi bu məsələyə lazımı münasibət bildirməyiblər. Məsələn bəzi ölkələrin XİN nazirləri bu məsələyə münasibət bildiriblər. Onlardan Türkiyə, İran, Moldova, Gürcüstan, Estoniya kimi ölkələri nümunə gətirmək olar. Lakin ermənilərin bu əməlləri bir sıra ölkələrdə lazımınca qınanmayıb. Azərbaycan bu prosesləri pozmalıdır. Çünki onların illərdir həyata keçirdikləri oyunbazlıqlarına dözmək mümkün deyil”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə