ABŞ-ın Azərbaycana hərbi yardım ayırması planı Ermənistanı narahat edir

ABŞ Azərbaycana hərbi yardımı artırır. SİA Ermənistana məxsus rusarminfo.ru saytında yaımlanan məlumata istinadən xəbər verir ki, ABŞ konqresmenləri Frank Palone, Jackie Speer və Adam Schiff tərəfindən açıq məktub göndərilərək ABŞ Dövlət Departamentini və Pentaqonu Azərbaycana hərbi yardım siyasətini nəzərdən keçirməyə çağırıblar.

Bu barədə Amerika Erməni Milli Komitəsi (ANCA) də məlumat verib.

Komitənin məlumatına görə, konqresmenlər ABŞ Dövlət Departamentini Azərbaycana hərbi yardım etmməəyə çağırıblar. ANCA-nın məlumatında qeyd olunur ki, Konqresmenlər ABŞ hökumətini bu vəsaitlərin terrorizm, narkotik ticarəti və kütləvi qırğın silahlarının yayılması ilə mübarizə üçün istifadə edilməli olduğunu bəyan ediblər.

Yayılan məlumatlara görə, ABŞ Müdafiə Nazirliyinin Azərbaycana 2019-cu il üçün 42,9 milyon dollar vəsait ayırması planlaşdırılır.

Göründüyü kimi, ABŞ terrorizm, narkotik ticarəti və kütləvi qırğın silahlarının qarşısının alınmasını prioritet hesab edir və bu istiqamətdə Azərbaycana vəsaitlər ayrılmasını məqbul hesab edir. Məsələ burasındadır ki, bu vəsaitlərin məhz Azərbaycana ayrılması onu göstərir və təsdiq edir ki, terrorizm, narkotik ticarəti və kütləvi qırğın silahlarının yayılmasında Ermənistan təqsirli bilinir. Əks halda, bütün bunlarla mübarizə üçün vəsaitlərin Azərbaycana ayrılması planlaşdırılmazdı. Hər bir halda hərbi yardımlar üçün vəsaitlərin Azərbaycana ayrılması planı Ermənistanı bərk narahat edir. Çünki, bu yekunda Ermənistanın işğalçılıq, terrorçuluq, narkotik ticarəti və kütləvi qırğın silahlarının yayılması siyasətinin, nəticədə isə ölkənin özünün sonu deməkdir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə