Misirdə prezident Hüsnü Mübarəki hakimiyyətdən salmaq məqsədilə başlayan qiyamdan mumiyalar da zərər çəkib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, paytaxt Qahirə küçələrində hakim olan xaos ən çox soyğunçulara sərf edib. Banklar və zəngin insanların evlərinə hücum etməyə başlayan soyğunçuların qəzəbinə Misir Muzeyi də tuş gəlib.

 

Gecə saatlarında muzeyə girən soyğunçular yaşı 5000 il olan tarixi əsərləri dağıdıb. Ən böyük itki isə tarixi minlərlə il əvvələ gedən bir mumiya olub. Minlərlə il əvvəl sonsuza qədər yaşaması üçün mumiyalanan bu insan 2011-ci ildə misirli soyğunçular tərəfindən dağıdılıb. Muzeydəki tarixi əsərlərin böyük zərər görməsinə baxmayaraq, muzey müdiri Zahi Havas heç bir əsərin oğurlanmadığını açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə