Türkiyənin Mərmərə Vəqfi bəyanat yayıb

Türkiyənin Mərmərə Vəqfi Ermənistan ordusunun Azərbaycanın dinc sakinlərini qətlə yetirməsi ilə bağlı bəyanat yayıb. SİA-nın verdiyi məlumata görə, Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi Ermənistan silahlı qüvvələrinin iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin sakinləri 2 yaşlı Zəhra Quliyevanı və nənəsini vəhşicəsinə qətlə yetirməsi ilə bağlı etiraz bəyanatı yayıb.

“Ermənistan ordusunun mülki insanları qətlə yetirməsi insanlıq əleyhinə cinayətidir” sərlövhəsi ilə ölkə KİV-lərinə yayılan bəyanatın mətni Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin rəsmi saytında da yer alıb.

Bəyanatda qeyd olunur ki, “Ermənistanın təcavüzkar ordusunun Azərbaycanın dinc sakinlərini qətlə yetirməsi və mülki obyektlərinin dağıdılması ilk dəfə deyil. Bütün türk dünyası bu cinayəti unutmamalıdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə