Tərtər istiqamətində monitorinq zamanı ATƏT-in Minsk Qrupu həmsədrləri təmas xəttinin qarşı tərəfinə keçiblər

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq bu gün Azərbaycan Respublikasının Tərtər rayonunun Tərtər-Ağdərə yolundakı təmas xəttində monitorinq keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri İmre Palatinus, Uilyam Praroy və Jaslan Nurtazin, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç və Xristo Xristov keçiriblər. Monitorinq insidentsiz başa çatıb. Monitorinq zamanı ATƏT-in Minsk Qrupu həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi təmas xəttinin qarşı tərəfinə keçiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə