Aytən Mustafayeva: “Azərbaycan özündə Avropanın maraqlarını birləşdirir” MÜNASİBƏT

"Dövlət katibinin müşaviri Viktoriya Nulandın ölkəmizə səfəri onu göstərir ki, ABŞ Azərbaycana maraq göstərir. Bu baxımdan ölkə başçısı cənab İlham Əliyevin düşünülmüş, doğru mövqeyinə söykənərək ABŞ-Azərbaycan münasibətlərinə ehtiyatla yanaşmalıyıq". Sözügedən fikirləri Milli Məclisin deputatı Aytən Mustafayeva Nulandın ölkəmizə səfərindən sonra ABŞ-Azərbaycan münasibətlərinin hansı istiqamətdə inkişaf etməsinə münasibətini bildirərkən deyib.

Millət vəkili bildirib ki, bəzi siyasi təhlilçilərin düşündükləri kimi ABŞ və Azərbaycan arasında heç bir ciddi problem yoxdur: "Ümid edirəm ki, bir çoxlarının proqnozlaşdırdığı kimi ABŞ Azərbaycan üçün təhlükə mənbəyinə çevrilməz. Çünki bu gün Azərbaycan özündə Avropanın enerji maraqlarını birləşdirən ölkə kimi dünya arenasında çıxış edir. Bu baxımdan da ölkəmizdə hansısa maraqların toqquşmasını heç bir dövlət labüd hesab etmir".

Aytən Mustafayeva son olaraq onu da bildirib ki, Azərbaycan ikitərəfli əməkdaşlıq çərçivəsində hər zaman etibarlı tərəfdaş kimi tanınır: "ABŞ siyasətçilərinin eləcə də, dövlət katibinin müşavirinin Azərbaycanda olan sabitliyin, əmin-amanlığın, inkişafın şahidi olacağına inanırıq. Biz hər zaman ikitərəfli əməkdaşlıqda etibarlı tərəfdaşıq".

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə