Sudan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Sudan Respublikasının Parlamenti Xocalıda törədilən kütləvi qırğını soyqırımı kimi tanıyıb. SİA-nın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin şöbə müdiri Hikmət Hacıyev mətbuata açıqlamasında deyib.

Onun sözlərinə görə, Sudan Parlamenti BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

H. Hacıyev həmçinin bildirib ki, Sudan Parlamenti soyqırımından əziyyət çəkənlərin təzminat hüququnu da tanıyır.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə