Ermənistanda seçki kampaniyası bu gün sona çatır

Ermənistanda seçki kampaniyası bu gün sona çatır. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, prezidentliyə namizədlər bu gün son dəfə seçiciləri ilə görüşəcəklər.

Qeyd edək ki, Hazırda Ermənistanda prezidentliyə 7 nəfər iddia edir:

1. İndiki prezident Serj Sarkisyan

2. Sabiq baş nazir, Azadlıq Partiyasının lideri Qrant Baqratyan

3. Sabiq xarici işlər naziri, İrs Partiyasının lideri Raffi Ovannisyan

4. Politoloq Andrias Qukasyan

5. Dağlıq Qarabağın sabiq "xarici işlər naziri" Arman Məlikyan

6. Milli Müqəddəratı Təyinetmə Birliyinin sədri Paruyr Ayrikyan

7. Dastanşünas Vardan Sedrakyan

Prezident seçkisi fevralın 18-də keçiriləcək. Qələbəyə ən çox şansı olan iddiaçı dövlət başçısı Serj Sərkisyandır. 1954-cü ildə Xankəndidə doğulan Serj Sərkisyan Dağlıq Qarabağın Azərbaycandan qoparılması uğrunda separatçı və işğalçı hərəkatın əsas nümayəndələrindəndir. Ermənistanın müdafiə, milli təhlükəsizlik və daxili işlər naziri, baş naziri olub. 2008-ci ildən prezident postunu tutur.

Bütün xəbərlər Facebook səhifəmizdə