Nobel mükafatının məbləği 20 faiz azaldıldı

Nobel Fondunun Direktorlar Şurasının ötən gün keçirilmiş iclasında Nobel mükafatının məbləğinin 20 faiz- 1,1 milyon dollara kimi azaldılması barədə qərar qəbul edilib. SİA dünya mətbuatına istinadən xəbər verir ki, fond rəhbərliyinin fikrincə, bu tədbir uzunmüddətli perspektivdə təşkilatın kapitalının azalmasının qarşısını alacaq.

Fondun yaydığı məlumatda deyilir ki, kapitalın idarə edilməsi bu cür həyata keçirilməlidir ki, onu daim verməyə imkan olsun.

"Nobel Fondu mükafatın məbləğinin yüksək səviyyədə saxlanılması üçün məsuliyyət daşıyır",- deyə fondun icraçı direktoru Lars Xaykensten bəyan edib.

Qeyd edilir ki, son illərdə kapitaldan əldə olunmuş gəlir nəinki mükafatın verilməsinə, o cümlədən, mükafatlandırma mərasiminin keçirilməsinə və administrativ aparatın saxlanılmasına kifayət etmir.


Bütün xəbərlər Facebook səhifəmizdə

loading...