Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 89-ci ildönümünə həsr olunmuş yaşıllaşdırma aksiyası keçirilib - FOTO

Bu günlərdə Azərbaycanın hər yerində, eləcə də ölkə hüdudlarından kənarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə tədbirlər keçirilir, Ulu Öndərin əziz xatirəsi ehtiramla anılır.

"Təmiz Şəhər" ASC-dən SİA-ya verilnə məlumata görə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunun ətrafında yaşıllaşdırma aksiyası keçirilib.

Bu aksiya çərçivəsində İqtisadi İnkişaf Nazirliyi və "Təmiz Şəhər" ASC-nin əməkdaşları müxtəlif ağaclar və bəzək kolları əkib və abadlıq işləri aparılıb. Ümumilikdə, tədbir çərçivəsində 1000-ə yaxın ağac və bəzək kolu əkilib, ətrafda təmizlik işləri aparılıb.

Qeyd edək ki, 2010-cu ildən başlayaraq Balaxanı poliqonu ərazisində ekoloji tarazlığın bərpası məqsədilə İqtisadi İnkişaf Nazirliyinin və "Təmiz Şəhər" ASC-nin əməkdaşlarının iştirakı ilə ildə iki dəfə-yaz və payız aylarında yaşıllaşdırma işləri aparılır. Bu günə kimi keçirilən yaşıllaşdırma aksiyalarında 4000-dən çox ağac və bəzək kolları əkilib, eyni zamanda abadlıq işləri aparılıb.


Bütün xəbərlər Facebook səhifəmizdə

loading...