Prezident İlham Əliyev “Kredit büroları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun təsdiqləyib. SİA xəbər verir ki, yenilənmiş qanuna əsasən, bundan sonra vətəndaşlar kredit bürosunun müəyyən etdiyi qaydada barəsində büroya daxil olmuş neqativ məlumat haqqında ödənişsiz bildiriş ala biləcək.
Bildirişdə neqativ məlumatı verən məlumat təchizatçısı göstəriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə