“Ermənistan sülh istəmir və son zamanlar atdığı bütün addımlar Azərbaycanın və sülhün əleyhinə yönəlib. Ermənistan sülhdən kənar olduğunu bütün təxribatçı addımları ilə bir daha göstərir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.
Politoloq bildirib ki, Ermənistan qəsdən Azərbaycan əleyhinə dezinformasiyalar yaymağa çalışır: “Ölkəmizə qarşı informasiya hücumlarını genişləndirir və eyni zamanda normal ölkə olmadığını növbəti dəfə nümayiş etdirir. Ermənistanın bu təhlükəli tendensiyaları bütövlükdə bölgənin gələcəyinə, sülh və quruculuq prosesinə böyük zərbə vurur.
Ermənistan qəsdən COP29 ərəfəsində təxribatlar törədərək Azərbaycanı cavab əməliyyatları keçirməyə məcbur edir ki, daha sonra Azərbaycan ətrafında informasiya küyünü daha da dərinləşdirsin. Bu baxımdan Ermənistanın son dövrlər atdığı addımlar düşünülmüş şəkildə ardıcıl olaraq Azərbaycanın mövqelərini sarsıtmağa, həmçinin ölkəmiz haqqında qlobal erməni lobbi şəbəkələrinin təsiri ilə yalan informasiya külliyatı yaratmağa çalışır. Hesab edirəm ki, Ermənistanın bu hiyləgər əməlləri və nailiyyətləri də puç olacaq. Ermənistan Azərbaycanla bağlı qurmağa çalışdığı neqativ məqsədlərə və tendensiyalara nail ola bilməyəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə