Cənubi Qafqaz uğrunda mübarizənin getdikcə daha da artması, qəlizləşməsi fonunda Ermənistanın baş naziri Nikol Paşinyanın qorxu kompleksi özünü biruzə verməyə başlayıb. Qərbin, ABŞ kəşfiyyatının məhz özünün Ermənistandakı agentini, daha dəqiq desək, Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryanı hakimiyyətə gətirməkdə maraqlı olduğundan duyuq düşən erməni baş nazirin öz hakimiyyətini itirmək qorxusundan ikibaşlı oyun oynamaq niyyətini və planlarını görməmək mümkün deyil. Belə görünür ki, Nikol Vovayeviç özünün hakimiyyət kürsüsünü qorumaq üçün bu dəfə Moskva ilə münasibətlərini bərpa etmək fikrinə düşüb və bunun üçün də müəmmalı manevrlərə əl atır.

Vovayeviç üçün mövqe dəyişmək, manevrlər, manipulyasiyalar etmək adi haldır

Göründüyü kimi, indi də erməni baş nazir Qərbə xəyanət etməkdən çəkinmir. Öz ölkəsinin, öz dövlətinin hələ də mövcudluğuna görə börclu olmalı olduğu Rusiyaya bir qədər əvvəl xəyanət edən Nikolun indi də ona hakimiyyət kürsüsünü “bağışlayan” Qərbə xəyanət etməkdən çəkinmədiyi göz önündədir. Qərbin layihəsi olan Paşinyan hakimiyyətini itirməmək üçün ona həmin kürsünü “bağışlayan” tərəfə asanlıqla xəyanət edə biləcəyinə kimsənin zərrə qədər də şübhəsi yoxdur. Elə erməni cəmiyyəti özü də yaxşı bilir ki, seçdikləri ölkə rəhbəri istənilən anda mövqeyini yüz səksən dərəcə dəyişə və üz tutduqları, ümid etdikləri, hər zaman yardım, iyanə umduqları, əksər hallarda da dəstəyini gördükləri Qərbi bu dəfə də Rusiyanın ayaqları altına ata bilər. Yaxşı bilir ki, Nikol Paşinyan üçün hakimiyyət kürsüsü hər şeydən öndə, hər məqamdan irəlidədir və öz kürsüsünü əldən verməmək üçün Ermənistanı belə çəkinmədən güdaza verər.

Hər halda, bir zamanlar əli sarıqlı, beli çantalı bir küçə nümayişçisinin hakimiyyəti ələ keçirənə qədər az qala qızıldan dağlar vəd etməsi, ölkəsini guya uğurlu gələcəyə aparacağı barədə söz verməsinin ardınca, daha dəqiq desək, xalqını aldadaraq, baş nazir kürsüsünü qamarlamasından sonra ölkəsi üçün, ölkə vətəndaşları üçün yaxşılığa doğri zərrə qədər də dəyişikliyin olmamasını, əksinə, daha fəlakətli, acınacaqlı duruma sürüklənildiklərini haylar yaxşıca müşahidə etdilər və bildilər ki, Vovayeviç üçün mövqe dəyişmək, manevrlər, manipulyasiyalar etmək adi haldır. Yaxşı müşahidə etdilər ki, aldanılaraq seçdikləri erməni baş nazir istənilən anda sözünü də, fikrini də dəyişə bilər və istənilən anda onun mövqeyinin də kəskin şəkildə fərqənəcəyi gözləniləndir.

Erməni baş nazir bu vaxta qədər xəyanət etdiyi Rusiyaya üzsüzcəsinə üz tutmaq qərarına gəlib

Belə məlum olur ki, Qərbin məhz Cənubi Qafqaz siyasətinin İrəvan üzərindən qurulmasının və yeridilməsinin Ermənistan üçün nə qədər təhlükəli olduğunu başda elə baş nazir Nikol Paşinyan özü olmaqla, ermənilər gec də olsa anlamağa başlayıblar. Şəxsən Paşinyan özü çox gözəl bilir ki, sərf etmədiyi anda dərhal onun kürsüsünün əlindən alınması üçün Qərb bütün mümkün addımlara əl atar. Elə haylar özləri də gözəl bilirlər ki, Qərb üçün Ermənistanın maraqları yaxşı halda ancaq ən axırıncı yerdə ola bilər və bu gün hansısa yardım, hansısa dəstək ermənilər, yaxud İrəvan üçün yox, regionda öz maraqlarının təmin edilməsi üçündür. Faktiki olaraq görünən odur ki, Qərb Ermənistandan, erməni cəmiyyətindən də elə həmin maraqları naminə istifadə edir və haylar, elə rəsmi İrəvan özü də bir alət hesab olunur. Özünün alət olduğuna artıq çoxdan əmin olan erməni baş nazir indi artıq Qərbin, ABŞ kəşfiyyatının Ermənistanda olan agentini, Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryanı hakimiyyətə gətirmək istəyini, marağını gördüyü zaman, daha doğrusu, ayağının altının qazılmasını hiss etdiyi məqamda bu vaxta kimi ayaqlar altına atdığı, xəyanət etdiyi Rusiyaya üzsüzcəsinə üz tutmaq qərarına gəlib və bunun üçün də çox müəmmalı gedişlər, manevrlər etməkdədir.

Ermənistanın maraqlarının zərrə qədər də məna kəsb etmədiyi ortada olan manevrlərdən və manipulyasiyalardan görünür

Bu vaxta qədər Qərbin, ABŞ kimi bir dövlətin əmrlərinə boyun əyən, təlimatlarına uyğun şəkildə davranan, hətta dəfələrlə Rusiya əleyhinə çıxış edərək, məhz Qərbin siyasi kursuna sadiqliyini göstərən Ermənistan lideri ifrat dərəcədə qərbyönümlü biri kimi tanınıb. İndiyədək, hətta son günlərə qədər Rusiyaya qarşı çıxışlar etməsi fonunda hər kəs belə qənaətdə olub ki, Paşinyan məhz Qərbin sadiq nökəri olduğunu açıq şəkildə göstərir və bəyan edir. Rusiya ilə Ermənistanın da, özünün də münasibətlərinin korlanmasını nümayişkəranə şəkildə elə Qərbə yaltaqlanmaq üçün, öz kürsüsünü qorumaq üçün Vovayeviç göstərirdi. Bunu son hadisələr təsdiq edir. Təsdiq edir ki, öz hakimiyyəti təhlükə altında olduğu zaman, bir möv, ayağının tapdalanacağı qorxusu belə peyda olduğu anda Paşinyanın sığındığı tərəfə dərhal xəyanət etməsi gözləniləndir. Əgər hələ hakimiyyəti əlindən çıxmamış, öz kürsüsünü itirməmiş, sadəcə bir təhlükə hiss etdiyi zaman erməni baş nazir manipulyasiyalar, müəmmalı manevrlər edirsə, deməli, nə isə əlindən getdiyi təqdirdə daha kəskin şəkildə mövqeyini də dəyişəcək, hətta maskası da cırılacaq. Bir sözlə, Nikol Paşinyan üçün də hayların, erməni xalqının, erməni cəmiyyətinin, bütövlükdə Ermənistanın maraqlarının zərrə qədər də məna kəsb etmədiyi ortada olan manevrlərdən və manipulyasiyalardan görünür.

Qərb bilməli idi ki, onun “ipinin üstünə yük yığmaq” olmaz

Bir çoxları, daha doğrusu, erməni siyasətçilərinin əksəriyyəti bu vaxta qədər hesab edib ki, çox çətin geosiyasi seçim qarşısında ancaq Qərbə üz tutmaqdan başqa Nikol Paşinyanın qətiyyən yolu yoxdur. Hətta belə zənn ediblər və gözləyiblər ki, ən yaxın zamanda Vovayeviç ölkəsinin KTMT-dən çıxması barədə qərarını da bəyan edəcək. Təbii ki, həmin qərarını məhz Qərbə “xoş gəlmək” üçün verəcəyi qənaətində olan ermənilər çoxluq təşkil ediblər. Onlar elə zənn ediblər ki, Ermənistana mütəmadi olaraq, iqtisadi-ticari güzəştlər edən Avrasiya İqtisadi İttifaqına yaltaqlanmaq, həmin ittifaqa özünü “yaxşı göstərmək” üçün Nikol Paşinyan hətta Ermənistan-Rusiya hərbi müttəfiqlik sazişini də yaxın zamanda pozacaq. İndi onun tamamilə fərli müstəvidə, fərqli rakursda özünü göstərməsi, tamamilə müəmmalı manevrlərə əl atması ilk növbədə erməni cəmiyyətini, hayların özlərini də çaşdırıb. Amma haylar əslində bilməli idilər ki, Paşinyanın “ipinin üstünə yük yığmaq” olmaz və onun üçün nəinki heç bir erməninin, ümumlikdə Ermənistanın belə maraqları qətiyyən önəmli deyil. Bilməli idilər ki, erməni baş naziri üçün elə baş nazir kürsüsü hər zaman önəmli olub və elə indi də eyni şəkildə məhz həmin kürsü, vəzifə kreslosu önəmlidir. Ələlxüsus da Qərb dairələri bilməli idilər ki, küçə nümayişləri sayəsində, Qərbin layihəsi olmaqla hakimiyyəti qamarlayan, bunun üçün öz xalqını da aldadan, öz xalqı qarşısında da manipulyasiyalar edən küçə nümayişçisi bir zaman da hakimiyyətini itirmək qorxusu altında onların özlərinə də manevrlər, manipulyasiyalar edəcək. Yəni, Qərb erməni baş nazirin münipulyasiyalar edərək, müəmmalı manevrlərə əl atacağını əvvəlcədən bilməli idi.

Hakimiyyət kürsüsünü hər şeydən üstün tutan birinə etibar edənlər üçün müəmmalı manevrlər bir dərs olar

Qərbin Ermənistana intensiv hərbi-siyasi dəstəyi fonunda erməni baş nazirinin ancaq qərbyönümlü olacağı gözlənilib və əgər onun dəyişkən olması, sözünü, fikrini, mövqeyini mütəmadi şəkildə dəyişməkdə qətiyyən tərəddüd etməməsi nəzərə alınmasa, belə gözləntinin normal olması qənaətində haqlı olardıq. Xüsusən də, ABŞ hərbçilərinin Ermənistanda təlimlər keçməsi, amerikalıların Zəngəzur bölgəsində qeyri-leqal da olsa, hərbi baza yerləşdirməsi, Avropa Birliyinin dırnaqarası “Sülh Fondu”ndan Ermənistana hərbi məqsədlər üçün maliyyə vəsaiti ayırması, yardım adı altında pullar köçürməsi fonunda Nikoldan erməni cəmiyyəti də başqa heç də gözləməzdi. Amma, məsələ burasındadır ki, görünür, haylar özləri də bərk yanılıblar və indi Paşinyanın müəmmalı manevrlərini gördükdə bunu, yəni yanıldıqlarını etiraf etmək məcburiyyətindədirlər. Heç şübhəsiz ki, bu kontekstdə erməni cəmiyyətinin şok içində olmasını da hardasa başa düşmək olar. Lakin öz hakimiyyət kürsüsünü hər məqamdan üstün tutan biri haqqında belə qəti qənaətə gəlmək, ona etibar etmək axmaqlıqdır. Belə görünür ki, bu axmaqlıq elə Qərb üçün də xarakterikdir. Əks halda Vovayeviçi öz layihəsi olaraq qəbul etməz, ona görə vəsaitlər, maliyyə sərf etməzdi. Hər halda, müəmmalı manevrlər Qərb üçün bir dərs olar.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə