Bunu bilirdiniz?-Bal yanıqları sağaldır

Alimlərə görə, bal yüngül və aşağı dərəcəli yanıqları yumşalda və sağalda bilir. Bu, yanıqları ənənəvi müalicə üsullarının alternativi ola bilər.

Yeni Zelandiyadakı Oklend universitetində klinik sınaqların tədqiqi şöbəsinin aparıcı tədqiqatçısı, doktor Endrü Cul təsdiq edir ki, “biz bu nəticələrə ehtiyatla yanaşırıq, lakin deyəsən bal bəzi tip yanıqlarda sağalmanı sürətləndirməyə kömək edə bilər”.

Qədim zamanlardan başlayaraq yaraların müalicəsində baldan istifadə edilmişdir. Lakin balın nə üçün belə yaxşı səmərə verməsinin əsas səbəbləri məlum deyildir.

Bal ölmüş toxumanı aradan qaldırmaqda və yeni, sağlam toxumanın inkişafı üçün əlverişli mühit yaratmaqda orqanizmə kömək göstərə bilər, amma ona olan əsas tibbi maraq başlıca olaraq balın antibakterial xassələrə malik olmasındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə