Hindistanın Mülki Aviasiya naziri ictimai çıxış zamanı arıların hücumuna məruz qalıb.
SİA-nın məlumatına görə, Times of India yazır.
Mülki aviasiya naziri Jyotiraditya Scindia alaq otlarını yığan maşının açılış mərasimi zamanı gözlənilməz arı hücumunun qurbanı olub.
Ətrafdakı insanlar siyasətçini hər tərəfdən mühasirəyə alaraq onu həşəratlardan qorumaq üçün dəsmallardan istifadə ediblər.
Nazirin təhlükəsizlik xidmətinin əməkdaşları da vəziyyətə operativ reaksiya veriblər.
Hadisə zamanı yaralanan polis məmuru Kripal Sinqhin sözlərinə görə, arı hücumuna təhlükəsizlik və fotoqrafiya üçün istifadə edilən dronlar səbəb ola bilər.
Nazir dövlət enerji naziri Pradyuman Singh Tomar və Qanunvericilik Assambleyasının üzvü Devendra Jain də daxil olmaqla digər nüfuzlu şəxslərlə birlikdə idi. Hadisədən sonra alaq otları üçün mərasim ləğv edilib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə