Meditasiyanın insanlara çoxsaylı faydaları olduğuna inanılır. Həmçinin, meditasiya mənəvi və ruhi amilləri gücləndirə bilər və şəxsi inkişafın bir üsulu kimi də istifadə olunur. Bəzən meditasiyanın bir neçə üslublarını birləşdirib mürəkkəb meditasiya edirlər. Meditasiya bir çox fərqli mədəniyyətlərdə və dində həyata keçirilən mənəvi təmizlənmə texnikasıdır. Meditasiya; Taoizm, Buddizm, İslam kimi fərqli inanclara malik bir çox fərqli mədəniyyətdə yer almışdır və buna görə də standart bir texnikası yoxdur. Meditasiyanın məqsədi - varlığını hiss etmək, ağıl üzərində cəmləşmək, zehni dərk etmək və nəticədə daxili rahatlığa, əmin-amanlığa çatmaqdır.
Meditasiyanın bir çox potensial faydaları vardır. İnsanlar meditasiyanı hər gün icra etdikdə aşağıdakı faydalardan hiss edə bilərsiz. SİA olaraq onları sizə təqdim edirik:
1. Stresin azaldılması:
Meditasiya, stres hormonlarının azalmasına və sinir sisteminin sakitliyə çatmasına kömək edə bilər. Düzənli meditasiya stres və gərginlik hissini azaldaraq psixoloji sərbəstliyə nail ola bilərlər.
2. Zehnin sakitləşməsi:
Meditasiya, zehini sakitləşdirərək sakit və təmiz bir məntiq vəziyyətinə keçməyə kömək edir. Bu, zehinsəl qabiliyyətlərin artmasına, fokuslanmaya və konsentrasiya qabiliyyətini yaxşılaşdırır.
3. Depressiyanı azaldır:
Meditasiya,depressiya simptomlarını azaltmaqda təsirli ola bilir. Meditasiya praktikaları, öz-şüur və nəzarəti gücləndirməklə birlikdə, pozitiv mənbələrə, iç səmtlərimizə və rahatlama hissinə yönləndirmək üçün bir vasitə kimi işləyir.
4. Dərinlik və yaradıcılıq:
Meditasiya, dərin düşüncələri araşdırmağa, yaradıcılığı artırmağa və yaradıcılığın ilhamını tapmağa kömək edir.
5. Daha yüksək ruhi mənasətlərə çatmaq:
Meditasiya, ruhi və mənəvi mənasətlərə daha yüksək bir səviyyədə çatmağa və baxış açınızı genişləndirməyə imkan verir. Bir çox insan, meditasiya vasitəsilə daha böyük bir bütövlük, anlayış hissi əldə edir.
6. Fiziki sağlamlığın inkişafı:
Düzənli meditasiya, qan təzyiqinin düşməsinə, immunitetin güclənməsinə,yuxunun təkmilləşməsinə və ümumi bədəndəki enerjinin artmasına kömək edir. Meditasiya texnikaları başlıca olaraq iki böyük qrupa ayrılır: 1.Sakit oturma texnikası ilə həyata keçirilən sadəcə zehni meditasiya texnikası; 2.Səsli danışıqlar və musiqi müşaiyəti ilə diqqəti cəmləşdirməyi təmin edən bədən hərəkətlərilə edilən aktiv meditasiya texnikası.
Meditasiya edərkən yaxşı olar ki, onu musiqi müşaiyəti ilə edəsiniz. Beləliklə təsirini daha da gücləndirmiş olmaqla yanaşı, eyni zamanda çox gözəl psixoloji rahatlıq da əldə etmiş olarsınız.
1. DURUŞ:
İstər stulda oturaq, istərsə də yerdə bardaş qurmuş olaq, başımızın və onurğa iliyimizin dik durduğundan əmin olaq. Əgər çökmüş vəziyyətdə olsaq, zehnimiz də axıb gedər. Bədənimiz tarazlıqdadırsa, zehnimiz də tarazlıqda olacaqdır. Dik dura bilmək üçün başımızın göy üzünə dəydiyini xəyal edək.
2. GÖZLƏR:
Gözlərimizi açıq saxlamağa çalışaq. Gözlərimizi xəfifcə endirək və müəyyən bir nöqtəyə baxaq. Gözlərimizi yumduğumuz zaman, düşüncələrə və xəyallara daha çox qapılırıq. Yenə də bizə ən rahat gələni etməyimiz daha önəmlidir. Bəziləri gözlərini bağlayanda, belə onlar üçün daha məhsuldar olur. Nəyin bizə yaxşı təsir etdiyini yoxlayıb görmək laızmdır.
3. DİQQƏT:
Adi şüur vəziyyətində mövcud olan anda çox az oluruq. Məsələn, xüsusuilə zehnimiz düşüncələrlə dolu ikən avtomobili avtomatik pilotda idarə edirik. Birdən gedəcəyimiz yerə gəlirik və yol boyunca olub keçənləri xatırlamırıq. Buna görə də meditasiya, həyatımıza gözlərimizi açmağın ən möhtəşəm yoludur. Başqa cür təcrübələrimizin çoxunu gözdən qaçırırıq, çünki zehnimizdə davamlı olaraq başqa bir yerlərdəyik. Diqqətimizi nəyə verdiyimizə baxaq. Adi həyatda diqqətlə konsentrasiyanı eyni şey kimi görməyə meyilliyik. Konsentrasiya, intesnsiv bir işıq şüası kimidir.
Sevilin Abbasova
Bütün xəbərlər Facebook səhifəmizdə