“Koronavirus qrip virusu kimi yenidən qayıda bilər" VİRUSOLOQ

“Koronavirus qrip virusu kimi yenidən qayıda bilər. Soyuq hava və immun çatışmazlığı zamanı COVİD-19 aşağı patongenliyə malik olur”. SİA-nın xəbərinə görə bunu Qamaleya Tədqiqat Epidemiologiya və Mikrobiologiya İnstitutunun baş tədqiqatçısı, tibb elmləri doktoru, virusoloq Viktor Zuev açıqlamasında deyib.

Koronavirusun müəyyən xassələrə malik və aşağıpotogenli olduğunu deyən mütəxəssis söyləyib ki, COVİD-19 da adi qrip virusu kimi yenidən qayıda bilər: “ Biz il ərzində bir neçə dəfə qrip virusuna yoluxuruq. Buna heç kim təəccüb etmir. Koronavirus da qrip kimi eyni qrupa daxil və pnevmotropdur. Belə olan halda, immun sistemimizin aşağı düşdüyü və eləcə də havanın soyuq və nəm olduğu zaman virusun geri qayıtması real fakt kimi ortaya çıxa bilər”.

Özünütəcridetmə tədbirlərinin koronavirusun yayılmasını dayandırmaq üçün yetərlidirmi sualına cavab verən Zuev söyləyib ki, infeksiyaya yoluxanların sayı hər gün daha da artır: “ Hələ ki virusla bağlı sabitləşmə getmir. Buna görə də hesab edirəm ki, karantin yayılmanın qarşısının alınmasında əla bir vasitədir. Bununa yanaşı təkcə bu virusa qarşı deyil, eləcə də digər infeksiyalardan qorunmaq üçün fürsətdir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə