Müqəddəs sənətilə xalqına qulluq edən həkim FOTOLAR

(Portret jizgiləri)

Bu yazımda ömrünü Azərbaycan səhiyyəsinin inkişafına sərf edən, dərin zəkalı, çox xeyirxah, həyatını öz xəstələrinin yolunda, onların sağalması üçün bir çıraq kimi yandıran insan, bir təbib haqqında danışmaq istəyirəm. O insan ki, keşməkeşli ömrü çoxlu kitabların maraqlı mövzuları ola bilər. İlk öncə onu vurğulayım ki, Vahid Məmmədov Quba rayonunun Qonaqkənd kəndində anadan olub. Orta məktəbi bitirəndən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Dövlət Tibb Universiteti) müalicə-profilaktika fakultəsinə daxil olub. 1972-ci ildə ali məktəbi bitirəndən sonra iki il Uzaq Şərqdə hərbi xidmətdə olduğu müddətdə hərbi hospitalda həkim işləyib. Çünki həmin vaxtı Tibb İnstitutunda təhsil alanlara hərbi rütbə verilirdi və onlar da hərbi hissəllərdə həkim kimi qulluq edirdilər. Bəlkə də bu taleyin hökmüdür ki, o, belə bir uzaq diyara xidmət etməyə getmişdi və belə tanınmış Hospitalda xidmət edirdi. Çünki orada xidmət etdiyi vaxt yeganə azərbaycanlı olan Vahid həkim, öz ixtisası ilə bağlı böyük təcrübə toplaya bildi. Nevropatalogiya sahəsini çox mükəmməl öyrəndi. Vaxtından əvvəl onun hərbi rütbəsini də artırdılar. Hətta təklif etdilər ki, hərbi xidmətdən sonra qalıb orada işləsin. Amma doğma Vətən torpağı Vahid həkimi öz qoynuna çəkdiyinə görə, Azərbaycana qayıtdı. Taleyini Sumqayıtla bağladı.

Burada ilk iş yeri alüminium zavodunun tibb hissəsində sex həkimi və nevropatoloq kimi bir il çalışdıqdan sonra, Sumqayıt şəhər 1 saylı xəstəxansının nevralogiya şöbəsinə köçürdülər. Bu xəstəxanada 1984-cü ilə qədər işləyən Vahid həkimi, həmin il yenicə açılan Sumqayıt Bərpa Müalicə Xəstəxanasının nevralogiya şöbəsinin müdiri vəzifəsinə təyin etdilər. Çünki o, artıq 1981-ci ildən ictimai əsaslarla şəhərin baş nevropatolqu kimi fəaliyyət gösətirirdi. 1992-ci ildən isə kollektivin təkidi ilə Vahid Məmmədovu Sumqayıt Bərpa Müalicə Xəstəxanasının baş həkimi təyin etdilər. O, 16 il bu xəstəxananın baş həkimi işlədi. Amma o, nevropatoloq həkimi kimi də öz işini davam etdirdi. Çünki o, ali dərəcəli nevropatoloq idi və çoxlu xəstələri vardı. Sözsüz ki, həmin xəstələr də sağalmaq üçün yalnız ona müraciət edirdilər. Ümumiyyətlə, Vahid həkim öz sənətini həmişə vəzifəsindən üstün tutub. 16 il bu xəstəxananın baş həkimi işlədiyi vaxtda da, 2007-2008-ci illərdə Abşeron rayon Mərkəzi Xəstəxanasının baş həkimi işlədiyi vaxtda da, həkim sənəti onunçün həmişə üstün olub. Bütün bu illərdə ondan kimsə soruşanda hansı vəzifədə işləyirsən? O, həmişə deyib ki, "həkim nevropatoloq işləyirəm". Vahid həkim deyir ki, "indi də fikirləşirəm ki, səhv etməmişəm. Uzun illər vəzifələrdə işləsəm də sənətimi atmamışam. Həmişə var qüvvəmlə bu sənətimə qulluq etmişəm".

2009-cu ildən Vahid həkim taleyini Azərbayan Respublikası Bioloji Təbabət Klinikası ilə bağlayıb. O, burada baş həkiminin müavini olmaqla klinikanın müalicə işlərinə nəzarət edir. Amma məni bir ziyalı və Vahid həkimi 40 ilə yaxın tanıyan insan kimi bu suallar uzun illərdir çox narahat edir. Elə həmin sualları da bu yazıda yeri gəldiyinə görə, Səhiyyə sahəsində aidiyyatı olan təşkilatlara vermək istəyirəm: "Bu qədər xidməti olan, ömrünün 40 ilindən çoxunu Azərbaycan səhiyyəsinə yüksək səviyyədə xidmət edən belə bir peşəkar mütəxəssis niyə bu günə qədər Əməkdar Həkim fəxri adını almayıb? O, bundan sonra daha nə etməlidir ki, bu fəxri ad ona da verilsin? Axı Vahid həkimin savadının, təcrübəsinin, peşəkarlığının, bacarığının 50 faizi olmayan adamlara fəxri adlar verilib. Amma Əməkdar Həkim fəxri adları veriləndə Vahid Məmmədov unudulur. Baxmayaraq artıq iki ildir ki, onun adı Bioloji Təbabət Klinikasının rəhbərliyi tərəfindən Əməkdar Həkim fəxri adı verilmək üçün Səhiyyə Nazirliyinə təqdim olunur. Amma Səhiyyə Nazirliyində nədənsə bu işə biganə yanaşırlar. Bunun səbəbi nədir"? Bu sullarıma cavab tapmadığıma görə, mat qalmışam…

- Sizi uzun illər tanıdığımdan, həkim kimi fəaliyyətinizi də 1976-cı ildən izlədiyimindən Sumqayıtda necə böyük hörmətinizin də şahidi olmuşam. Hətta çoxlu insanların həkim kimi saatlarla sizin qəbulunuzda durduğu vaxtları da görmüşəm. Abşeronda işlədiyiniz vaxt da sizin böyük, uğurlu işlərinizi izləmişəm. Bu haqda qəzetlərdə silsilə yazılar yazmışam. Bu uğurların kökündə nə dayanır?

- Abşeronda biz demək olar ki, hər işi sıfırdan başladıq. Yadınızdadırsa kəndlərin, qəsəbələrin çoxunda tibbi səhiyyə hissələri bərbad bir vəziyyətdə idi. Rayonda heç bir xəsətəxana fəaliyyət göstərmirdi. Həkim, tibb bajılarının ştatları çox az idi. Çətinliklə də olsa Səhiyyə Nazirliyinin köməkliyi ilə bizə əlavə ştalar verildi. Xırdalan şəhərində yeni Mərkəzi Xəstəxana tikildi. Saray qəsəbəsindəki xəstəxana əsaslı formada təmir olundu. Xırdalan şəhərindəki Poliklinika əsaslı təmir edildi. İstilik sistemi quruldu. Onları müasir tibbi avadanlıqlarla təjhiz etdik. Amma Abşerondakı işlərimin çoxluğuna baxmayaraq, hər həftənin bazar günü, yəni istirahət günümdə Sumqayıtdakı "Real" özəl klinikada öz xəstələrimi də qəbul edirdim. Əlbəttə, mən bunu pul qazanmaq xatirinə etmirdim, sadəcə həmin xəstələrin inamını itirmək istəmirdim. Axı onlar mənə inanırdılar və məni deyib gəlirdilər. Deməli, mən onların inamını qıra bilməzdim. Axı insanlar həkimi yalnız xəstələnəndə axtarırlar. Çünki onlar həkimi ümid qapısı, ümid çırağı bilib, ona müraciət edirlər.

Tale elə gətirdi ki, 2009- ju ilin yanvar ayından Abşeron rayon Mərəkzi Xəstəxanasının baş həkimi vəzifəsindən öz xahişimlə işdən çıxdım və elə həmin vaxtdan da Bioloji Təbabət Klinikasının təsisçisi, dəyərli ziyalı, yüksək təşkilatçı insan, az vaxtda tibb sahəsində böyük işlər görən Elxan Yaqubov məni bura baş həkim vəzifəsinə dəvət etdi. Amma mən baş həkim işləməkdən imtina etdim və öz işimi burada həkim kimi davam etdirməyə başladım. Fikirləşirəm ki, belə qərar verməkdə yanılmamışam. Mən insanlara həkim kimi daha çox lazımam. Çünki həkim peşədir, baş həkim isə vəzifədir. Baş həkim olanda insanın vaxtının çoxu təşkilatı işlərə gedir. Amma həkimin isə boş vaxtı çox olur və o, xəstələrə daha çox xidmət göstərə bilir.

Bizə çox ağır vəziyyətdə olan xroniki xəstələr müraciət edirlər. Mən onaları sağaldanda daha çox sevinirəm. Bəzən deyirlər ki, niyə sənə müraciət edən xəstələr çoxdur. Mən də deyirəm ki, çünki mən xəstələri öz yaxınım, qohumum, əzizim bilib, onlara əlimdən gələn bütün köməklikləri edirəm. Böyük qayğı, diqqət göstərirəm ki, onlar hökmən sağalsınlar. Çalışıram ki, onlar sağalmaqçün həm də maddi cəhətdən israfçılığa yol verməsinlər. Axı insanlarımızın onsuz da güzəranı elə də yaxşı deyil. Kasıb şəraitdə yaşayan insanlarımız daha çoxdur. Elə xəstələnən insanların da çoxu kasıb adamlardır. Çünki ehtiyac, vəziyyətin, dalanışığın ağır olması çoxlu stresslər, əsəb gərginliyi yaradır. Stress və əsəb də xəstəliyin ilk ocaqlarıdır. Xəstəliyi yaradan ilk fəsadlardır.

Mən başqa yerdə də iş tapa bilərdim. Amma bu klinikayə gəlməkdə məqsədim də ondan ibarətdir ki, hələ Sumqayıtda və Abşeronda işlədiyim vaxtlar bir sıra xəstəliklərin müalicəsində akademik təbabətdən yox, bioloji təbabətdən çox istifadə edirdim və bunun da effektini görürdüm. Çünki akademik təbatətin bəzi sahəlrinin tətbiqi məni qane etmirdi. Belə ki, elə xəstəliklər var onların müalicəsi bialoji təbabət vasitəsilə özünün daha yaxşı həllini tapır. Bildiyimiz kimi akademik təbabətin özünün yaxşı cəhətləri çoxdur. Diaqnozun qoyulması, xəstəliklərin aparılması, dərmanlardan istifadə və sairə imkanlar var ki, bunların vasitəsi ilə biz xəstələrin vəziyyətini yüngülləşdiririk, amma müalicə tam alınmır. Çünki burada müalijə əsas etibarı ilə simtomatik bir xarakter daşıyır. Xəstənin ağrıları çoxdursa ağrıkəsiji dərmanlar vururuq. Antibiotiklərdən daha çox istifadə edirik. Amma bioloji təbabətdə biz bunun yollarını axtarırıq ki, bütün bunlar nədən və nə üçün yaranır. Məsələn akademik təbaətdə əgər xəstənin hərarəti qalxırsa, həkimlər çalışırlar ki, xəstəyə hökmən anibiotik vursunlar. Antibiotiki də xəstələrin bir çoxunun orqanizmi qəbul etmir. Antibiotikin orqanizmə mənfi təsiri özünü tezliklə göstərir. Bağırsaqların normal mikroflorasını pozur. Dizbakterioz yaradır. Nəticədə immun sistemi zəifləyir və xroniki xəstələrin sağalması mümkün olmur. Amma bioloji təbabətdə isə biz əksinə fikirləşirik. Fikirləşirik ki, əgər xəstənin həraəti qalxıbsa deməli, orqanizm xəstəliyə qarşı mübarizə aparır. Bu onun immun sisteminin möhkəmlənməsi və fəaliyyət göstərməsidir. Deməli, insanın orqanizmi infeksiyaya qarşı mübarizə aparır. Ona görə də burada hərarəti dərmanlar vasitəsi ilə aşağı salmaq lazım deyil. Əgər hərarət uzun müddət düşməsə onda təbii antibiotiklərdən istifadə etmək olar. Bu da allergiyanın və başqa fəsadların qarşısını alar. Mən də bütün bunları əvvəlcədən bildiyimə və həkim kimi uzun illərdir öz işimdə tətbiq etdiyimə görə, bu məni həvəsləndirdi ki, elə gəlib burada işləyim. Səkkizinci ildir ki, artıq burada işləyirəm. Hər rübdə də bura Bioloji Təbabət Klinikikasının direktoru Elxan Yaqubovun sayəsində Almaniya Respublikasından müxtəlif ixtisaslar üzrə bioloji təbabəti yaxşı bilən çoxlu mütəxəssislər gəlib, həkimlərə mühazirə və seminarlar keçirlər. Buna görə də burada onların treninqlər keçməsi üçün hər gürə şəraitlər yaradılıb. Bu mühazirə və seminarlarda da təkcə bizim həkimlər yox, respublikanın bütün bölgələrindəki xəstəxanalarından, klinikalarından çoxlu həkimlər gəlib iştirak edirlər, mühazirələrə, seminarlara qulaq asırlar, alman mütəxəssislərinin xəstələri necə qəbul etməsini, onlara necə diaqnoz qoymasını, müalicə etməsini görür və öz biliklərini artırırlar. Sonda isə həmin həkimlər bu ixtisasları öyrəndiklərinə görə, sertifikat alırlar. Burada öyrəndiklərini də həkim kimi gedib öz işlərində, öz sənətlərində tətbiq edirlər.

- Bizim məmləkətdə səhiyyə maarifi yaxşı inkişaf etmədiyindən, əlbəttə, xəstələr hələ ki, özləri özlərinin həkimi ola bilmirlər. Bioloji təbabət də qədim Şərq, Çin, Tibet müalicə üsuluna yəqin ki, yaxın olduğundan dünyada insanlar indi bu müalicə usuluna daha çox üstünlük verirlər. Hətta dünyanın 70-dən çox aparıcı ölkələrində bioloji təbabətdən istifadə olunur. Azərbaycanda bu müalicə üsuluna münasibət necədir?

- Bioloji təbatət əlbəttə ki, xalq təbabəti deyil. Xalq təbabətinin min illərlə tarixi var. Bioloji təbabətin isə əsası Almaniyada qoyulub. İki yüz ildən artıqdır ki, bu müalicə üsulundan elmi formada əsaslandırılmış şəkildə istifadə olunur. Bunun özünün ayrıca formaterapiyası, farmakologiyası var. Bəzi adamlar belə fikirləşir ki, bioloji təbabətdə həkimlər bəzi bitkilərdən, dəmləmələrdən istifadə edirlər. Bu əsla belə deyil. Bu elmi formakalogiyaya aiddir. Bu yüksək keyfiyyətli dərman pereparatlarıdır. Bizim klinikada tətbiq etdiklərimiz dərmanlar, yüksək texnoloji vəziyyətdə hazırlanmış bitkilərdən, mikroelementlərdən, canlı orqanizmlərdən və toxumalardan hazırlanmış dərman pereparatlarıdır. Burada klassik darmanlardan fərqli olaraq komponentlər çoxdur. Belə bir dərmanın tərkibində komponentlərin çoxluğu onun farmokoloji təsir dairəsini artırır. Məsələn serebrium kompozitum - damarları genəldən, spazmanı götürən, hemodinamik, metobolik, antihipoksik, biostimulyasiya edici və venoonik təsirə malikdir. Bunlardan da birlikdə istifadə olunanda bir-birinə təsiri gücləndirir və xəstəni tez sağaldır. Bu dərman da xroniki və uzun müddətli xəstəliklərin də tez sağalmasını gücləndirir. Akademik təbabətdə tutaq ki, oynaq xəstəlikləri, bronxial asma və başqa xəstəliklərin ayrı-ayrı dərmanlar vasitəsilə müvəqqəti yaxşılaşmaları olur və sonra yenə də fasadlar verir. Bioloji təbabətdə isə orqanizm özü bu xəstəliklərlə mübarizə apararaq onları sağaldır. Elə bil ki, orqanizmin daxilində bir həkim var və sadəjə bioloji təbabətlə onu hərəkətə gətirmək lazımdır. Belə olduqda xəstəlik tez və asanlıqla sağalır. Belə ki, biz homopatik dərmanlardan istifadə etməklə orqanizmin müdafiə sisteminə təsir göstəririk.

Bildiyimizə görə, xəstəliyin əmələ gəlməsinin əsas səbəbləri orqanizmdə toksinlərin çoxalmasıdır. Deməli, orqanizmdən toksinləri azaltmaq və onları orqanizmdən çıxatrmaq lazımdır ki, xəstə sağalsın. Yəni "oxşarın-oxşar prinsipi" ilə xəstəliyi sağaltmaq lazımdır. İlk öncə xəstəliyin effiktli müalicəsi üçün kifayət qədər adi su içilməlidir. Hər bir insan əgər onun çəkisi 70 kiloqramdırsa gün ərzində 2 litrə qədər maye qəbul etməlidir. Bununla insan orqanizmi təmizlənir. Bizə xəstələr müraciət edir və onlardan soruşuruq ki, hər gün nə qədər maye qəbul edirsən, deyir ki, iki stəkan. Əlbəttə, belə xəstələrdə böyrək daşı, mədə-bağırsaq, qara jiyərdə problemlər olur. Çünki insanda bu orqan üzvlərinin fəaliyyət göstərməsi üçün orqanizmdə maye lazımdır. İnsan balanslaşdırılmış qida rejiminə hökmən riyayət etməlidir. Bu nə deməkdir? Yəni qəbul olunan qidalardan 3-dən 2-si bitki mənşəli olmalıdır, heyvani mənşəli qidalar az olmalıdır. Heyvani mənşəli qidaların, şəkərin həddindən artıq çox qəbul olunması, xəmir xorəklərdən çox istifadə, ağ undan hazırlanan məmulatların qəbul olunması orqanizmdə turşuluğu çoxalaldır və bunlar da orqanizmdə ciddi xəstəliklərin yaranmasına səbəb olur. Yəni turşuluğun çox olduğu mühitdə xəstəliklər çoxalır. Bitki mənşəli qidalar orqanizmdə qələvi mühiti yaradır. Təbabətdə belə bir deyim var: "Mikrob heç nədir, əsas mühitdir". Elə olur ki, bir ailədə qrip iki nəfəri tutur, amma üç nəfəri tutmur. Çünki bu, orqanizmdəki immun sistemindən və mühitdən asılı olur. Elə olur ki, xəstəlik törədən bakteriya, mühit dəyişməsə xəstəliyi törədə bilmirlər. Orqanizmdə mikrobsuz həyat yoxdur. Çünki mikrobsuz orqanizm yaşaya bilməz. Bizim yaşamağımızçün mikroblar, bakteriyiyalar lazımdır, amma baxır hansı formada. Ona görə də mühitin və qidalanmanın insançün böyük əhəmiyyəti var. Biz xəstəni müayinə edəndə yoxlayırıq ki, onun əgər turşuluğu çoxalıbsa, onu qələviləşdirməyə çalışırıq ki, xəstəlik tez sağalsın. Buna görə, direnaj aparırıq. Nejə ki, torpaq şor olanda, ona direnaj aparırlar ki, duzu təmizlənsin və biz də insan orqanizmində direnaj aparırıq ki, qələvilik çoxalsın. Bioloji təbabət sübut edir ki, stress faktorunun xəstələnmədə çox böyük rolu var. İndi akademik təbabət təsdiq edir ki, hətta ankoloji xəstəliklərin yaranmasında stress faktorunun böyük rolu var. Çünki stress faktoru orqanizmin immun sisteminə təsir göstərir. Və müəyyən olunub ki, hər gün insan orqanizmdə yüzlərlə onkoloji hüseyrələr əmələ gəlir. Yəni orqanizm Tanrı tərəfindən elə qurulub ki, onkoloji hüseyrə əmələ gəldikdə, orqanizmin müdafiə elementləri, onları məhv edir. El arasında belə bir deyim var: "Ay bala sənin dərdin məndə qubar əmələ gətirdi". Demə qubar xərçəng deməkmiş. Yəni insan öz yaxınının xəstə olduğundan stressdə olur və onda xərçəng əmələ gəlir. Elm də sübut edir ki, dərd, stress həqiqətən də insanda xərçəng xəstəliyi yarada bilər. Biloji təbabətin də əsas məqsədlərindən biri insanda stress faktorunu azaltmaq və immun sistemini yaxşılaşdırmaqdır.

Bizə mürajiət edən xəstələrin çoxu köhnə, xroniki xəstələrdir. Onlar uzun illər tibb müəssisələrində müalijə olunub, yaxşı effekt ala bilmədiklərindən bizə müraiət edirlər və bizim müalicələrimiz sayəsində əksəriyyəti sağalırlar. Yəni biz, bir çox xroniki xəstəlikləri müəyyən metodlarla, prinsiplərlə tam müalijə edə bilirik. Alman mütəxəssislərinin bura gəlməsi ilə və onların biliyindən, təcrübəsindən, xəstələrə verdiyi təyinatlarldan istifadə etməklə biz xəstələri daha tez müalicə edə bilirik. Əlbəttə, biz təkcə almanların müalicə üsulundan yox, həm də Şərq, Çin, Tibet təbabətindən, hemosiniatriya, nevral terapiya, biopunktura, zəli ilə müalicə, azon terapiyası, refleks terapiya, yəni lazım olan yerlərə iynə batırma üsulundan da burada geniş istifadə edirik.

Hələ mən 1981-ci ildə Sumqayıtda 1 nömrəli xəstəxanada işləyən vaxt ilk dəfə refleks terapiya kabineti yaratmışdım və onun da yaxşı nəticələrini alırdıq. İndi də həmin kabinet orada fəaliyyət göstərir. Yəni bizim Bioloji Təbabət Kilinikasının da əsas işi bioloji tənzimləmə terapiyasıdır. Bu üsul da siz deyən kimi dünyanın inkişaf edən çox ölkələrində geniş istifadə olunur. Azərbaycanda da bu üsuldan artıq səkkizinci ildir ki, geniş istifadə olunur. Artıq bizim kilinikanın Sumqayıtda, Göyçayda filialları da çox yaxşı işləyir və insanlara əllərindən gələn köməklikləri edirlər ki, onlar kimyəvi dərmanlarsız, tam sağala bilsinlər. Bununla bağlı da biz televiziya proqramlarında və mətuatda bu haqda söhbətlər, sanitar-maarifləndirmə işi aparırıq. Artıq bununla bağlı Bioloji Təbabət adlı jurnal da çap edirik. İstəyirik ki, bu haqda çox yazılsın və xəstə insanlarımız da bizə müraciət edəndə tam sağalsınlar. İndi Azərbaycanın Cənub bölgəsi üçün Masallıda filialımızı açmağı nəzərdə tutmuşuq. Bütün filiallar üçün də burada, Mərkəzdə kadrlar hazırlanır ki, onlar orada yaxşı işləyə bilsinlər. Bu mütəxəssislərə də həm almanlar və həm də bizim təcrübəli həkimlərimiz dərslər keçirlər.

Sizə maraqlı bir fakt deyim. İsveçrədə bioloji təbabətlə məşğul olan çox böyük bir kilinika var. Dünyanın hər yerindən xəstələr sağalmaq üçün ora müraciət edirlər və sağalırlar. Oradan da bizə həkimlər gəlib mühazirələr oxuyurlar. Bu klinikaya dünya şöhrətli həkim doktor Tomas Raul rəhbərlik edir. O, sağalmasına ümid az olan xəstəlikləri müalicə edir. O, üç dəfə bizim kilinikada da olub və mühazirələr oxuyub. Mən özüm də nevralogiya üzrə mühazirələr oxuyuram. Onu da vurğulayım ki, bu səkkiz ildə respublikada 3 minə yaxın həkimlərimiz bizim klinikada mühazirə və seminarın dinləyicisi olub və onlara sertifikat verilib. Onlar bioloji təbabət elminə yiyələniblər və bu işin əsaslarını öyrəniblər. Sevindirici və təqdirəlayiq haldır ki, bir çox dövlət xəstəxanaları və poliklinikaları da buranı ümid, şəfa qapısı bilib, bəzi xəstələri Bioloji Təbabət Klinikasına göndərirlər və bizimlə əməkdaşlıq edirlər. Bu o demək deyil ki, onlar öz işlərini bilmirlər. Xeyir. Sadəcə onlar görürlər ki, bioloji tənzimlənmə terapiya üsuli ilə xəstələri az maddi itkilərlə daha yaxşı müalicə etmək olur. İnkişaf da rəqabətdən keçir. Hər bir özəl klinikanın rəhbəri də istəyir ki, onun rəhbərlik etdiyi müəsissədə yaxşı, savadlı həkimlər daha çox işləsin. Çünki xəstə klinikanın adına yox, mütəxəssisin adına görə gəlir. Özəl klinikalarda da yaxşı mütəxəssislərə yüksək əmək haqqı verilir. Bildiyimiz kimi dövlət klinikalarında isə əmək haqqı çox azdır. İkinci maddi-texniki baza güclü olmalıdır. Özəl klinikaların da çoxu yüksək keyfiyyətli, müasir tibbi avadanlıqlarla təchiz edilib. Burada klinikanın əsas vəzifəsi çox pul qazanmaq yox, xəstələrin səhhətinə zərər vurmadan təbii dərman pereparatlarından istifadə etməklə, bioloji tənzimlənmə terapeyasının tətbiqi nəticəsində onların sağlamlığını bərpa etməkdir. Ona görə də bura xəstələr daha çox müraciət edirlər. Biz də onların ümidlərini doğrultduğumuza görə, özləri sağalandan sonra öz qohumlarını, yaxınlarını bura müalicəyə gətirirlər. Hətta tibb elmləri doktorları var ki, gəlib burada bioloji təbabətin əsaslarını öyrənirlər və gedib öz xəstələrinə tətbiq edirlər. Dövlət və ya özəl kilinika olmasının fərqinə varmayan həkimlərin birlikdə çalışması, deməli, xəstələrin sağalmasına kömək deməkdir. Bu müqəddəs işi görən həkimlər də əsl Hippokrat andına sadiq insanlardır.

Vahid həkimin sözünün qüvvəti. Hər bir azərbaycanlı kimi bizim də amalımız budur ki, həkimlərimiz öz sənətlərinin kamil bilicisi olsunlar və biz xəstələr də sağalmaqçün heç bir xarici ölkəyə getməyək. Biz də həkimlərimizin hamısını Hippokrat andına sadiq olan və öz sənətlərini yaxşı bilən mütəxəssislər kimi görək.

Axı həkimlik dünyada ən müqəddəs sənətdir. Bu müqəddəsliyə xələl gətirənləri isə nə öz sənətləri, nə də xalq bağışlamır. Çünki insanların həyatı onların əlindədir.

Ağalar İDRİSOĞLU, Yazıçı-rejissor, Jurnalist, Əməkdar İncəsənət Xadimi

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...