İşçilərinə bank kreditlərini ödətdirən direktor barədə rəsmi açıqlama

Bakı şəhəri ürə Təhsil İdarəsi Bakı şəhəri 171 nömrəli tam orta məktəbin direktoru Murquzova İradə Məmmədəli qızının işdən çıxarılması ilə bağlı açıqlama yayıb. İdarədən SİA-ya verilən xəbərə görə, kütləvi informasiya vəsitələrində dərc olunan materiallar üzrə aparılan xidməti araşdırma zamanı müəyyən edilib ki, Bakı şəhəri 171 nömrəli tam orta məktəbin direktoru Murquzova İradə Məmmədəli qızı "Təhsil haqqında" qanuna, "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnamısi"nə və təhsilin idarə olunması üzrə digər normativ hüquqi sənədlərə zidd olaraq məktəbdə müxtəlif banklar, güzəştli kreditlər, faiz dərəcələri barədə təbliğat aparılmasına şərait yaradıb.

Eyni zamanda o, qulluq mövqeyindən sui-istifadə edərək rəhbərlik etdiyi təhsil müəssisəsində musiqi müəlllimi işləyən Kifayət Rzayevanın adına "Bank of Baku"dan 4000 (dörd min) manat kredit götürüb, həmin kreditin vaxtlı-vaxtında qaytarılmasına vəd verib, lakin məsuliyyətsizlik edərək ödəniş aparmayıb, nəticədə K. Rzayevaya qarşı məhkəmədə iddia qaldırılıb, bununla da müəllimin adına və nüfuzuna, eləcə də təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl gətirib.

Murquzova İradə Məmmədəli qızı işində buraxdığı nöqsanlar nəticəsində təhsil müəssisəsinin qanuni mənafeyinə ciddi xələl gətirdiyinə, əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə fuksiyaların yerinə yetirmədiyinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən onunla bağlanan əmək müqaviləsi 10 sentyabr 2014-cü il tarixindən ləğv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə