Qırğızıstanda 6 nəfər donaraq öldü

Qırğızıstanda havaların qeyri-sabit, anomal, güclü soyuqlarla müşahidə olunması nəticəsində ölkənin cənubundakı Oş şəhərində evsiz qalan 6 adam donaraq ölüb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, Oş şəhərində havanın temperaturu gündüz -3, -4 dərəcə, gecə -13, -15 dərəcə təşkil edib. Havaların soyuq keçməsi xeyli sayda insanın da həyatına mənfi təsir edib.


Bütün xəbərlər Facebook səhifəmizdə