Yardımlıda qonşusunun evindən oğurluq edən şəxs saxlanılıb

Yardımlıda qonşusunun evindən oğurluq edən şəxs saxlanılıb.

SİA-nın əldə etdiyi məlumata görə, Yardımlı rayonu ərazisindəki evlərdən birindən 1159 manat dəyərində məişət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub. Rayon polis şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində faktı törətməkdə şübhəli bilinən Yardımlı sakini D.Kazımov müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun gecə saatlarında, sahibinin evdə olmamasından istifadə edərək həmin evə daxil olduğu və oğurladığı məişət əşyalarını Bakı şəhəri ərazisinə apararaq satdığı müəyyən edilib.

Faktla bağlı Yardımlı RPŞ-də araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə