Dövlət qulluğuna qəbul olmaq istəyənlər test imtahanı verir

Bu gün inzibati rəhbər (A növü) və inzibati icraçı (B növü) vəzifələr üzrə dövlət qulluğuna qəbul olmaq istəyən namizədlər test imtahanı verir.

SİA-nın Dövlət İmtahan Mərkəzinə istinadən məlumatına görə, inzibati vəzifələrin B növünə aid vəzifələr üzrə olan imtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 6, Gəncədə isə 1 binada təşkil olunur. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 593, BB qrupu üzrə 1 263 olmaqla, ümumilikdə 1 856 namizəd qeydiyyatdan keçib.

İnzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan vəzifələr üzrə test imtahanı elektron qaydada, kompüterlər vasitəsilə DİM-in Bakı şəhər Nəsimi rayonu, Əbdülvahab Salamzadə, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında keçirilir. Bu imtahanda 57 namizədin iştirakı nəzərdə tutulur.

İmtahanlar saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə